Vahid Ələkbərov Rusiyada ən çox varlanan iş adamı oldu - RƏQƏMLƏR

Vahid Ələkbərov Rusiyada ən çox varlanan iş adamı oldu - RƏQƏMLƏR

“Bloomberg”in araşdırmasına görə, 2023-cü ildə və 2024-cü ilin birinci rübü ərzində Rusiyalı iş adamları arasında sərvətini ən çox artıran şəxs LUKOIL neft şirkətinin keçmiş prezidenti Vahid Ələkbərov olub. Azərbaycanlı iş adamı qısa müddətdə sərvətini 20,5 milyard dollardan 28,6 milyard dollara yüksəldə bilib.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Ələkbərovun sərvətini sürətlə artırmasının səbəbi onun gəlirlərinin artmasıdır. O, yalnız 2023-cü ildə 2 milyard dollara yaxın dividend əldə edib.

 

Digər milyarderlərdən “Severstal”ın sahibi Aleksey Mordaşov 1,64 milyard dollar, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 1,34 milyard dollar, “Siburun” səhmdarı və NOVATEK İdarə Heyətinin sədri Leonid Mixelson 1,18 milyard dollar dividendə sahib olub.

 

Ümumilikdə, Rusiyalı milyarderlər 2023-cü ildə və 2024-cü ilin birinci rübündə 11,3 milyard dollar gəlir əldə ediblər.

 

Qeyd edək ki, Rusiyanın ən zəngin insanları sanksiyalardan sonra sərvətlərinin bir hissəsini itirsələr də son bir ildə gəlirlərini artırmaq hesabına itirdiklərindən də çox sərvət əldə ediblər.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparm...

Lavrov Türkmənistana gəldi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkmənistana səfər edib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   XİN rəh...

Öz-özünə polkovnik rütbəsi veribmiş -Eks-rəisə 10 il həbs!

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizli...

İrandan sonra İsrail də itkilərini elan etdi

İsraildə İranın hücumu nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri D...