Ülvi Qasımov yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Ülvi Qasımov yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Dövlət bankı ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.

 

Sfera.az xəbər verir ki, Ülvi Qasımov “ABB”nin Korporativ və KOS Satış Ofisinin rəhbəri təyin edilib.

 

O, 2018-ci ilin may ayından 2024-cü ilin iyun ayına qədər bankın Korporativ Biznes Departamentinin direktoru kimi çalışıb.

 

Ülvi Qasımov Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” üzrə bakalavr dərəcəsi, “Maliyyə Bazarları” üzrə isə magistr dərəcəsi alıb.

 

Qeyd edək ki, bundan əvvəl İdarə Heyətinin sədrinin əmri ilə Fariz Rəhimov ABB-nin Risk Ofisinin rəhbəri təyin edilib. (Banker.az)


OXŞAR XƏBƏRLƏR