Neft kəskin UCUZLAŞDI - Son bir həftədə...

Neft kəskin UCUZLAŞDI - Son bir həftədə...

2024-cü ilin aprelin əvvəlindən neft qiymətlərində müşahidə edilən enmə son günlər bir qədər də güclənib.

 

Sfera.az xatırladır ki, aprelin əvvəlində “Brent” markalı neftin dəyəri 91 dollar, Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiyməti 93 dollara yaxın idi.

 

May ayının sonuna doğru “Brent” neftinin qiyməti 84,5 dollara, “Azeri Light” markalı neftin qiyməti 86 dollara enmişdi.

 

Lakin son bir həftədə neft qiymətləri daha sürətlə enərək 77-78 dollar həddinə çatıb.

 

Müqayisə göstərir ki, apreldən bəri, yəni cəmi iki ayda neft qiymətləri 14-15 dollar enib. Hazırkı qiymətlər son 4 ayın ən aşağı qiymətidir.

 

Analitiklər hesab edir ki, qiymətlərin bir qədər də düşməsi ehtimalı var. Çünki qiymətlərin enməsinə baxmayaraq OPEC+ ölkələri ciddi hasilat azaldılmasına getmirlər. Bu azmış kimi, OPEC+ əməkdaşlıq platformasına daxil olmayan ölkələr hasilatı artırır.

 

Belə vəziyyət dünyada neft bolluğu yaradır və bu, qiymətlərin bir qədər də azalmasına şərait yarada bilər.

 

Vasif


OXŞAR XƏBƏRLƏR