Azərbaycanda yoxsulluq azalıb – SON RƏQƏMLƏR

Azərbaycanda yoxsulluq azalıb – SON RƏQƏMLƏR

2023-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi azalıb.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il yoxsulluq səviyyəsi 5,2 faizə enib. Yoxsulluq səviyyəsinin enməsi yoxsulluq həddinin artması fonunda baş verib.

 

Ötən il ərzində yoxsulluq həddi 17,4 manat artaraq 247 manatı keçib. Buna baxmayaraq yoxsul olanların ümumi əhali sayında payı 5,5 faizdən 5,2 faizə enib.

 

Qeyd edək ki, Azərbaycanda ən aşağı yoxsulluq 2019-cu ildə qeydə alınıb. Həmin ildə əhalinin 4,8 faizi yoxsul idi. 2020-ci ildə COVİD-19 virusunun yayılmasından sonra yoxsulluq 6,2 faizə yüksəldi. Sonrakı illərdə isə yoxsulluq səviyyəsi azalma dinamikasına keçib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR