Azərbaycan və Türkiyə arasında “Şahdəniz-1” üzrə yenilənmiş saziş ilə bağlı tədarükün həcmləri AÇIQLANDI

Azərbaycan və Türkiyə arasında “Şahdəniz-1” üzrə yenilənmiş saziş ilə bağlı tədarükün həcmləri AÇIQLANDI

Azərbaycan və Türkiyə arasında bu gün imzalanan “Şahdəniz-1” yatağından Azərbaycan qazının tədarükünə dair uzadılmış sazişə əsasən, 2030-cu ilə qədər Türkiyəyə tədarükün həcmi ildə 3,5 milyard kubmetr təşkil edəcək.

 

Bu barədə Sfera.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

 

“Şahdəniz” yatağının birinci mərhələsindən Türkiyəyə təbii qazın tədarükü 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə başlanıb.

 

2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Şahdəniz-1” çərçivəsində ildə 3,7 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.

 

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

 

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.

 

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).


OXŞAR XƏBƏRLƏR

Trampa dəstək üçün köynəyini cırdı - VİDEO

Güləş əfsanəsi Hulk Hoqan iyulun 18-də Viskonsin ştatının Milwaukee şəhərində ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləmək üçün Respublikaçılar Partiya...

Dünyanın ən təcrid olunmuş qəbiləsi ilk dəfə meşədən çıxdı: Onları buna nə vadar etdi?

Amazonunun yağışlı meşələri ilə zəngin olan Peru planetin ən təcrid olunmuş yerli qəbiləsinin məskənidir. Bu icmanın üzvləri əvvəllər evlərini tərk etmirdilər, ...

Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Tayvan liseylərindən birinə aqressiv meymun sürüsü basqın edib. Onlar anomal istidən qaçaraq, həm də yemək axtarıblar. Sfera.az bildirir ki, meymun sürüsü ...

ABŞ-da səmada naməlum işıq parıltısından sonra qəribə vibrasiyalar müşahidə edilib

Nyu-Yorklular səmada güclü işıq çaxması və bunun ardınca ayaqlarının altında qəribə titrəyişlər hiss ediblər. Sfera.az bildirir ki, məlumata görə, meteor b...

Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır - FOTO

Kim Kardaşyan keçmiş əri, reper Kanye Uestdən olan oğullarından birinin nadir dəri xəstəliyindən əziyyət çəkdiyini deyib. Sfera.az bildirir ki, Kim Karda...

Kəlbəcərdə mina partlayışlarında 3 nəfər yaralandı - YENİLƏNDİ

19:00   Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov ra...