Azərbaycanda motosikletlərin sayı sürətlə ARTIR - SƏBƏB

Azərbaycanda motosikletlərin sayı sürətlə ARTIR - SƏBƏB

Azərbaycanda olan motosikletlərin sayı sürətlə artır.

 

Sfera.az xəbər verir ki, son iki ildə motosikletlərin sayı 3400 ədəddən çox artıb. 2022-ci ilin əvvəlində 5 284 ədəd motosiklet olduğu halda, 2024-cü ilin əvvəlində motosikletlərin sayı 8 732 ədədə yüksəlib.

 

Bu sayın sürətlə artmasının əsas səbəbi bəzi xidmət şirkətlərinin bu nəqliyyat vasitələrindən daha çox istifadə etməsidir. Xüsusən Bakı şəhərində sürətli yemək çatıdırılma xidməti göstərən şirkətlər motosikletlərdən istifadəni genişləndiriblər.

 

Motosikletlərin ucuz olması, eləcə də cari xərclərinin böyük olmaması şirkətlərin nəqliyyat xərclərini azaldır.

 

Bundan başqa son illərdə paytaxtda uzun tıxaclara tez-tez rast gəlinməsi də motosikletlərin əhəmiyyətini artırıb. Motorlu ikitəkərli nəqliyyat vasitələri uzun tıxaclar yaranan yollardan da asanlıqla keçib gedə bilirlər.

 

Vasif


OXŞAR XƏBƏRLƏR