Azərbaycanda 142 min insan pensiyaya çıxa bilməyib - SƏBƏB
Azərbaycanda yaşa görə pensiyaya çıxa bilməyib, əvəzində müavinət alanların sayı 141,7 min nəfərə çatıb.
Sfera.az xəbər verir ki, bu ilin ilk doqquz ayında yaşa görə müavinət alanların sayı 13,4 min nəfər artıb. 2022-ci ilin sonunda 128,28 min nəfər yaşa görə müavinət alırdı.
Son illərdə pensiyaya çıxa bilməyib müavinət alanların sayı sürətlə artır. 2018-ci ildə 53,4 min insan yaşa görə müavinət aldığı halda son beş il doqquz ayda onların sayı 88,3 min nəfər artıb.
Qeyd edək ki, hazırda kişilər 65 yaşında, qadınlar isə 63,5 yaşında yaşa görə pensiya almaq imkanı qazana bilər. Lakin yaşa görə pensiyaya çıxa bilmək üçün şəxsin ya minimum 25 il stajı olmalı, ya da minimum pensiya kapitalını (hazırda 40 320 manatdır – red.) toplamalıdır.
Tələb olunan staj və ya kapital olmadıqda pensiya yaşına çatan şəxsə yaşa görə müavinət verilir. Son illərdə yaşa görə müavinət alanların sayının sürətlə artması onu göstərir ki, çoxlu sayda insan bu tələblərə uyğunlaşa bilmir.
Hazırda yaşa görə müavinət 240 manatdır.
Vasif