Aİ Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır - Qadağa tətbiq ediləcək

Aİ Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır - Qadağa tətbiq ediləcək

Avropa İttifaqı (Aİ) Danimarkadan Rusiya neftini daşıyan tankerlərə qarşı məhdudiyyətlərin tətbiqini istəyəcək. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Financial Times” Aİ rəsmilərinə istinadən yayıb. 


Məlumata əsasən, Rusiyanın ixrac etdiyi və tankerlərlə daşınan neftin bir hissəsi Danimarka sularından keçir. Aİ rus neftini daşıyan tankerlərin Danimarka sularından keçməsinin qarşısını almağa çalışır. “Financial Times” yazır ki, Aİ-nin səlahiyyətli qurumları Danimarkadan həmin gəmiləri yoxlamağı, hətta mümkündürsə, onların hərəkətini dayandırmağı xahiş edəcək. 


Qəzetin yazdığına görə, Danimarka sularından keçən və Rusiya nefti daşıyan tankerlərin əksəriyyəti sığortasızdır. Bu tankerlərin Aİ ölkələri üçün ekoloji risk yaratdığı bildirilir. Buna görə də Avropa rəsmiləri hesab edir ki, həmin gəmilər yoxlanmalı və onların lazımi qaydada sığortalanması tələb edilməlidir. 


Neft daşıyan gəmirlərin böyük hissəsinin köhnə olduğu və bu cür gəmirlərdə sığortasız neft daşınmasının böyük ekoloji fəlakətə gətirib çıxara biləcəyi vurğulanır.


“Financial Times”a danışan mənbə bildirib ki, BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən, dəniz sahillərində yerləşən ölkələr obyektiv sübut olduqda gəminin həbsi də daxil olmaqla digər hüquqi prosedurları başlamaq haqqına sahibdir. 


Danimarka Müdafiə Komandanlığının sözçüsü isə qəzetə deyib ki, onlar dəniz təhlükəsizliyi ilə bağlı məsələ olmadığı təqdirdə boğazlardan keçən gəmirlərin sənədlərini və ya gəminin özünü yoxlamırlar. 


Məlumat üçün bildirək ki, 2022-ci il dekabrın 5-də Rusiya neftinə qarşı embarqo qüvvəyə minib və elə həmin gündən Rusiyadan gələn neftin qiymətinin yuxarı həddi 60 dollar səviyyəsində müəyyən edilib. 5 fevral 2023-cü ildən isə Avropa İttifaqının Rusiya neft məhsullarına embarqosu qüvvədədir. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...