Mikayıl Cabbarov Laziz Kudratovla görüşdü

Mikayıl Cabbarov Laziz Kudratovla görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb.

 

Sfera.az İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Laziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, işgüzar münasibətlərin, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulmasının qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcəyini bildirib, iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

 

Tərəflər ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahələrində tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR