Türkiyənin xidmət ixracı 100 milyard dollara çatıb

Türkiyənin xidmət ixracı 100 milyard dollara çatıb

Türkiyənin xidmət ixracının həcmi son 12 ayda 100 milyard dollara çatıb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı ticarət naziri Ömər Bolat verib. 


Nazir deyib ki, 2022-ci ildə 5,5%-lik iqtisadi böyümədə mal və xidmət ixracının böyük rolu olub. Ömər Bolat vurğulayıb ki, Türkiyədə xidmət ixracında artım sürəti də yüksəkdir:

 

“Qlobal xidmət ixracı son 10 ildə hər il orta hesabla 4,5% artdığı halda, ölkəmizin xidmət ixracı hər il orta hesabla 7,3% artıb. Bu, dünya üzrə orta göstəricidən müsbət şəkildə fərqlənib. Xidmət ixracımız 2021-ci ildə 61,5 milyard dollar, 2022-ci ildə isə 89 milyard dollar olmaqla əvvəlki ilə nisbətən 45% artıb”. 


Nazir Türkiyədə xidmət sektorunda turizmdən sonra ən çox gəlir gətirən sahələrin adını açıqlayıb: “Xidmət sektorunda turizmdən sonra ən çox xarici valyuta qazanan nəqliyyat və logistika sektorudur. Bu sektorun həcmi 2022-ci ildə 44,7% artaraq 35,3 milyard dollara çatıb və dünya nəqliyyat xidmətləri ixracatında səkkizinci yerə yüksəlib. 


Türkiyədə səhiyyə xidmətləri də genişlənir. 2022-ci ildə səhiyyə xidmətlərinin ixracı 14 dəfədən çox artıraraq 2,1 milyard dollar olub. 


Təhsildə qazancımız artır. Ölkəmiz 2002-ci ildə 5 min, 2012-ci ildə 30 min əcnəbi tələbəyə ev sahibliyi etdiyi halda, hazırda 300 min əcnəbi tələbə təhsil alır. 


Türkiyənin tikinti şirkətlərinin də iş həcmi artıb. Tikinti şirkətlərimiz nəqliyyat, enerji və sənaye sahələrində mötəbər layihələr icra edirlər. 1972-ci ildən bu yana 135 müxtəlif ölkədə 487 milyard dollar dəyərində 11 800-dən çox layihə həyata keçirilib.

 

Teleserial - film sənayesində də xidmətlər genişlənir. Son illərdə istehsal etdiyiniz film və seriallar 150-dən çox ölkədə yayımlanır və onları 800 milyondan çox tamaşaçı izləyir. Bu gün Türkiyə ABŞ-dan sonra ən çox serial və film ixrac edən ölkədir. 


İnformasiya texnologiyaları sahəsində də ixracımız artır. 2022-ci ildə bu sahədə ixracımız 3 milyard dollar olub”.


Nazir qeyd edib ki, Türkiyənin xidmət ixracının artması cari əməliyyatlarda yaranan kəsirin məbləğinin azalmasına kömək edib. Belə ki, ötən ilin sentyabrında cari əməliyyatlarda 3 milyard dollar kəsir yarandığı halda, bu ilin sentyabrında 1,9 milyard dollar müsbət saldo qeydə alınıb.


Vasif


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...