“iPhone”un 4 yeni modeli gözləntiləri doğrultmadı, şirkətin səhmləri UCUZLAŞDI

“Apple” şirkətinin təqdim etdiyi “iPhone” smartfonlarının 4 yeni modeli investorların gözləntilərini doğrultmayıb.
Sfera.az xəbər verir ki, şirkət yeni modellərin qiymətində ciddi artım əldə etmədiyindən şirkətin bazar dəyəri 1,7 faiz düşüb.
Analitiklər şirkətin belə qərar qəbul etməsini qlobal smartfon bazarında tələbin zəifləməsi ilə əlaqələndirir. Onların şərhinə görə şirkətin iqtisadçıları daha yüksək qiymətlərin yeni modellərin satışına problem yarada biləcəyindən ehtiyatlanıblar.
Keçənilki “iPhone” modelləri ilə müqayisədə böyük bir sıçrayış göstərməyən yeni seriyada kamera yeniləmələri, material dəyişiklikləri və USB-C portu istisna olmaqla, adi “iPhone”nun ABŞ qiyməti 799 dollar səviyyəsində saxlanılıb. Yalnız seriyanın top modeli olan “iPhone Pro Max”-ın qiyməti 100 dollar artaraq 1199 dollar olub.
“Bloomberg Intelligence” analitiklərinin fikrincə, bu qiymət artımı “Apple”ın zəif artan satış gəlirlərini yüksək səviyyələrə çatdıra bilər. Analitiklərin fikrincə, yalnız Çinin son vaxtlar gətirdiyi qadağalar bu ssenarinin reallaşması üçün risk yaradır.
Vasif