“Onu oxut”, daha gözəl dünya qur

“Onu oxut”, daha gözəl dünya qur

Cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti “Onu oxut” aksiyasına start verdi. “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən ianə aksiyasında toplanan məbləğlər hesabına sosial həssas qruplardan olan tələbələrə təqaüd veriləcək: //bit.ly/rhttqv.

 

2023/2024-cü tədris ilində 600 və daha yüksək bal toplayaraq ali məktəbə daxil olan tələbələr həssas insanların ianələri ilə daha rahat təhsil imkanına sahib olacaqlar. Hazırda aksiyanın imkanlarından yararlanmaq istəyən 20-dən çox tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib.

 

Aksiyaya qoşulmaq və gənclərin parlaq gələcəyinə işıq tutmaq üçün ianələri Fondun veb-saytı //bit.ly/rhttq, Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə etmək mümkündür.

 

Xatırladaq ki, ötən tədris ilində “Onu oxut” aksiyasından dəstək istəyən 26 tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib. Aksiya çərçivəsində xeyirxah insanların ianəsi ilə 43 590 AZN toplanıb. Layihəyə 16 donor qoşulub. Onların dəstəyi ilə 21 990 AZN olamaqla 11 tələbənin təhsil haqqı ödənilib, 15 tələbəyə isə 10 ay müddətində 21 600 AZN məbləğində təqaüd verilib.

 

Təhsil uğurlu gələcəyin, savadlı cəmiyyətin və daha gözəl dünyanın əsasıdır. Siz də “Onu oxut” layihəsinə qoşularaq ali təhsil almaq istəyən gənclərə dəstək ola bilərsiniz. Etdiyimiz gözəl əməllərin bizə geri qayıtdığını bilərək hər kəsi bu aksiyaya ianə etməyə çağırırıq.

 

Qeyd edək ki, Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
 


OXŞAR XƏBƏRLƏR

Prezident FƏRMAN İMZALADI

Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişikli...

ABŞ Ukraynaya maliyyə yardımını dayandırır? – Baydendən AÇIQLAMA

Son zamanlar Ukraynaya ayrılan maddi yardımların dayandırılacağı barədə müzakirələr aktuallaşıb. Bu baxımdan, ABŞ-nin Kiyevə dəstəyini dayandırması ehtimalı dün...

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam b...

Bir görüşün əks-sədası: Nazir nə qədər adil olsa da...

Əbülfəz Qarayevin nazir olduğu dövrdə, Milli Kino günü ilə bağlı keçirilən tədbirdə bir qrup kino adamına  mükafat verilirdi. Heç yadımdan çıxmaz, mükafatç...

Şenol Günəş AFFA-dan təklif aldığını TƏSDİQLƏDİ: “Oturub danışacağıq”

Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilən Şenol Güneş səssizliyə son qoyub.   Sfera.az xəbər verir ki, tanı...

Azərbaycanda növbədənkənar seçki niyə elan edildi? 

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.   Prins...