Ekspert: "Ölkədən valyuta axınının qarşısı alına bilər"

Ekspert:  "Ölkədən valyuta axınının qarşısı alına bilər"

Qeyri-neft sektorunun əsas elementlərindən biri qiymətli kağızlar bazarıdır. Təəssüf ki, qiymətli kağızlar bazarı, səhm və fond bazarı bir müddət diqqətdən kənarda qalıb, amma onun inkişafı olduqca vacibdir. Bu bazar inkişaf etmədən xarici investisiyaların cəlb edilməsi xeyli çətin olur, problemlər yaşanır. Ona görə Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması bu sahədə daha çevik qərarların verilməsi və bürokratiyanın aradan qaldırılması baxımından vacib idi.

Bunu Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına münasibət bildirərkən deyib.

İqtisadçının fikrincə, ən böyük problemlərdən biri qiymətli kağızlarla bağlı çevik qərarların qəbul edilə bilinməməsi idi: "Eləcə də ödənişlərlə bağlı müxtəlif qurumlar fəaliyyət göstərirdi. Struktur islahalatı olaraq həmin qurumların ləğv edilməsi ilə qərarların qəbulunda çeviklik yaranacaq, bürokratik əngəllər nisbətən aradan qalxacaq. Eyni zamanda, məqsəd qiymətli kağızlar bazarında da daha şəffaf mexanizmlərə nail olmaqdır. Təbii ki, qiymətli kağızlar bazarının inkişafı uzun müddətli dövrü əhatə edir. Yəni palata formalaşdıqda qiymətli kağızlar bazarının qısa zamanda inkişaf edəcəyini söyləyə bilmərik. Bu, strateji bir yanaşmadır. Burada yaradılan strukturun potensialı da olduqca vacib rol oynayacaq. Burada güclü kadr potensialına ciddi ehtiyac var. Yalnız yüksək kadr potensialının olması Palataya çevik və səmərəli qərarlar qəbul etməyə imkan verə bilər".

V.Bayramov qeyd edib ki, məsələnin digər üstünlüyü odur ki, bu addım şəffaflığı təmin edəcək: "Maliyyə monitorinqi birbaşa Palata tərəfindən həyata keçiriləcək. Bildiyiniz kimi, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti dəyəri 20 min manatdan artıq olan ödənişlərə nəzarət edirdi. Burada isə bir sıra çətinliklər var. Xüsusən də qeyri-leqal ödənişlər, bəzən isə valyutanın ölkədən çıxarılması halları baş verirdi və şəffaflığın qorunması ilə bağlı problemlər yaşanırdı. Təbii ki, bu addım bank sektorunda monitorinq imkanlarını artıracaq. Lakin Palata banklara deyil, ödənişlərə nəzarət edəcək. Səmərəli nəzarət həyata keçirilərsə, ölkədən valyuta axının qarşısının alınmasına təsir edə bilər. Banklar ödənişlərlə bağlı artıq Mərkəzi Banka deyil, sözügedən Palataya məlumat verəcəklər".


Ekspert, həmçinin hesab edir ki, Palatanın yaradılması sığorta sektoruna inamın formalaşmasına da təsir edəcək: "Amma inanmıram ki, bu, qısa zamanda mümkün olsun. Çünki hazırda sığorta şirkətlərinin mövcud işi buna imkan vermir".

Qeyd edək ki, prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb. Sənədə əsasən, yaxın bir ayda Palatanın nizamnaməsi təsdiq ediləcək və Palata uzağı Novruz bayramına qədər fəaliyyətə başlayacaq. Fərmanda nəzərdə tutulduğu kimi, Palata Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılacaq. Əlavə olaraq 2 dövlət Xidməti - Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yeni quruma birləşdiriləcək.


OXŞAR XƏBƏRLƏR

Alimlər yaddaşı yaxşılaşdırmaq üçün məşq tövsiyəsi ediblər

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, hər əlavə 30 dəqiqəlik fiziki fəaliyyət koqnitiv performansı yaxşılaşdıra bilər.   Sfera.az ...

IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək

Dekabrın 20-dən 24-dək IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək.   Sfera.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, festi...

Başqasının cinayətinə görə 24 il cəza çəkən milyonçu yenidən həbsxanaya düşəcək

Başqasının cinayətinə görə 24 il həbsdə yatmış və bəraət qazandıqdan sonra şəhərdən 4,15 milyon dollar alan Filadelfiyadan olan 50 yaşlı Şorn Tomas yenidən həbs...

DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama- “Cəzalar olacaq”

“Vətəndaş zərərçəkmişə çevrilməməsi üçün müraciət etdiyi ünvanı tanımalıdır. Mən harada müalicə olunuram, məni kim müalicə edir, bunun müalicə etməsi üçün...

Vyetnamın ən zəngin qadınlarından biri ya 9 milyard dollar toplamalı ya da... - FOTO

Vyetnamın ən varlı qadınlarından biri olan Çionq My Lan ölüm cəzasına məhkum edildiyi dələduzluq işində apellyasiya şikayətini itirib. O, ən azı 9 milyard dolla...

Bu iki reperin edamı istənilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Green yetkinlik yaşına çatmayanlara cinsi istismarda ittiham olunan qalmaqallı amerikalı reperlər C...