Rusiya neft satışında çətinliklə üzləşdi - Dövlət büdcəsində BÖYÜK KƏSİR

Rusiya neft satışında çətinliklə üzləşdi - Dövlət büdcəsində BÖYÜK KƏSİR

2023-cü ilin fevralında Rusiya neftinin “Drujba” kəməri ilə Avropaya tədarükü 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalaraq 939,3 min tona düşüb. 


Sfera.az xəbər verir ki, bu barədə rus mediası Rusiyanın Energetika Nazirliyinin statistikasına istinad edərək məlumat yayıb.


Nazirliyin məlumatlarından aydın olur ki, “Drujba” ilə tədarükün kəskin azalması Almaniya və Polşaya ixracın dayanması, həmçinin Slovakiyaya tədarükün iki dəfə azalaraq 215 min tona düşməsi ilə bağlıdır. 


Adıçəkilən kəmərlə Macarıstana ixrac da 16 faiz azalıb və 319 min ton olub. Yalnız Çexiya idxalı 55 faiz artıraraq 405 min tona çatdırıb.


Qeyd edək ki, Rusiyadan Avropaya boru kəməri ilə neft ixracına qadağa tətbiq etmək Macarıstanın mövqeyinə görə mümkün olmayıb. Lakin Polşa və Almaniya könüllü olaraq Rusiyadan neft almaqdan imtina edib. Slovakiya isə 2024-cü ildən idxalı tam dayandıracaq. 


Rusiyalı analitiklər bildirir ki, Macarıstan da Rusiya neftinin idxalını tam dayandıra bilər. Macarıstan “Adriatik” neft kəməri ilə neft almaq üçün Xorvatiya ilə əməkdaşlığa hazırlaşır. Əgər iki ölkə arasında razılaşma olarsa, Macarıstan da Rusiyadan neft alışını dayandıracaq.


Yaranmış vəziyyətdə Rusiya neft ixracında ümidini dənizlərə yönəldib. 


Bu ilin əvvəlindən Rusiyanın dənizlərdən neft tədarükü 11,6 faiz artaraq gündəlik 3,36 milyon barelə çatıb. Alıcılar da dəyişib. Bir il əvvəl neftin böyük hissəsini Avropa İttifaqı və Böyük Britaniya alırdısa, 2023-cü ilin fevralında rus neftinin dəniz vasitəsilə əsas alıcısı Çin olub.


Neft ixracında çətinliklərlə üzləşməsi Rusiyanı xammalı daha ucuz satmağa məcbur edir. Bu səbəbdən Rusiyanın neft satışından gəliri xeyli azalıb. 2023-cü ilin fevralında Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər əvvəlki ilin eyni ayına nisbətən 46 faiz azalaraq 8 milyard dollar təşkil edib. Gəlirin kəskin azalması Rusiyanın dövlət büdcəsində böyük kəsirin yaranmasına səbəb olub.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Naxçıvan görüşü: bölgəmizin gələcəyinə strateji baxış - ŞƏRH

Qarabağ ərazisində keçirilmiş antiterror tədbirlərindən az sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüşü bütün dünyada maraqla izlənildi. Naxçıvanda səslə...

Bir həftə əvvəl şəhid olan Səbuhinin əkiz qızları dünyaya gəldi - FOTO

Antiterror əməliyyatı zamanı şəhid olan Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib.   Sfera.az xəbər verir ki, bununla onun özündən sonra 4 övladı ya...

Gözümüzü “kor edən” vərdişlər – Oftalmoloqdan “bunları etməyin” məsləhəti

Uzanıqlı vəziyyətdə oxumaq və işləmək vərdişi görmə qabiliyyətinə mənfi təsir edir.   Sfera.az xəbər verir ki, bu barədə oftalmoloq, mikrocərrah, tib...

Prezidentlə xanımı Bakıda inşası davam etdirilən Zəfər parkında - FOTOLAR

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. &n...

“Sevastopola hücumda bu dövlətlərin əli var, zərrə qədər də şübhə etmirik” – Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sentyabrın 22-də Sevastopola edilən hücuma görə Qərbi ittiham edib.   Sfera.az bildirir ki, ...

Çin və Rusiya Qərbə qarşı gücünü BİRLƏŞDİRİR: Plan nədir?

“Moskva və Pekin Qərblə mübarizədə koordinasiyanı gücləndirir”.   Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.   ...