Alyaskada böyük neft ehtiyatı kəşf edilib
İqtisadiyyat
16:22 / 06.10.2016
1717
ABŞ-ın Alyaska ştatında böyük neft ehtiyatı kəşf olunub.
Sfera.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə mərkəzi ofisi Texasda yerləşən "Caelus Energy” şirkəti məlumat yayıb. Şirkətin şərhində Alyaskanın şimal-qərbində, qütb bölgəsindəki "Smith Bay” adlı bölgədə 10 milyard barrel xam neft ehtiyatının olduğunun təxmin edildiyi bildirilir.
Şirkətin kəşf olunan miqdarın 6 milyard barreli üzrə axtarış və çıxarma icazəsi var. Bu həcmin də 30 və ya 40 faizi üzrə istehsalın mümkün olduğu təxmin edilir və gündəlik orta hesabla 200 min barrel xam neft çıxarıla biləcəyi deyilir.