Son 10 gündə avro niyə bahalaşır? – SƏBƏB

Son 10 gündə avro niyə bahalaşır? – SƏBƏB

Altı həftə ardıcıl ABŞ dollarına qarşı ucuzlaşan avro son 10 gündə bahalaşır.

 

Mayın 12-də avro/dollar məzənnəsi 1,038 həddinə düşdükdən sonra davamlı bahalaşaraq bu gün 1,06 həddinə çatıb. Ötən müddətdə avronun dollara nəzərən 2 faizdən çox bahalaşması müşahidə edilib.

 

Sfera.az bildirir ki, avronun bahalaşması Avropa Mərkəzi Bankının (AMB) rəsmilərinin açıqlaması ilə bağlıdır. AMB rəsmiləri avrozona ölkələrində qeydə alınan yüksək inflyasiya ilə əlaqədar faizləri artıracaqlarını bəyan ediblər. Açıqlamalarda faizlərin 25 bənd, inflyasiya səviyyəsindən asılı olaraq isə hətta 50 bənd artırılmasının mümkün olduğu vurğulanıb.

 

Açıqlamalardan sonra investorlar avronun bahalaşacağı yönündə mövqe tuturlar ki, bu da avronu dəyərləndirir.

 

Xatırladaq ki, avronun uculaşması ABŞ mərkəzi bankının (FED) faizləri artırmasından sonra baş verib. İnvestorlar proqnozlaşdırırdı ki, FED-dən fərqli olaraq AMB faizləri artırmayacaq. Buna görə də avro ucuzlaşırdı.

 

Avro/dollar məzənnəsindəki dəyişiklik Avropa və ABŞ mərkəzi banklarının davranışından asılı olacaq. Hansı tərəf daha sərt tədbirlər görərsə məzənnə də həmin yöndə dəyişəcək. Artıq dəqiqdir ki, FED iyun və ya iyulda faizləri artıracaq.

 

Qeyd edək ki, avronun bahalaşmasını manata olan məzənnədən də görmək olar. Mayın 13-də bir avro 1,7674 manat olduğu halda, bu gün 1,8 həddini keçib.

 

Kommersiya banklarında isə avro 1,82-1,83 manata satılır, 1,74-1,76 manata alınır. Hazırda alış və satış arasındakı fərq 4-5 faizdir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR