Xarici valyutada olan kreditlərin və bağlanan bankların taleyi necə olacaq? - VİDEO

Xarici valyutada olan kreditlərin və bağlanan bankların taleyi necə olacaq? -  VİDEO

Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarının lisenziyalaşdırılması 

və onların fəaliyyətinə nəzarət funksiyalarına da malik olacaq. Bu, yola saldığımız həftə ölkə başçısı

 İlham Əliyevin imzaladığı fərmanda öz əksini tapıb. Fərmanda bildirilir ki, bankların, bank olmayan

 kredit təşkilatlarının və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək 

və nəzarət etmək səlahiyyəti yeni fəaliyyət göstərəcək Palataya həvalə olunub.Sfera.az

 Kəpəz TV-yə 

(Region TV) istinadən xəbər verir ki, fərmanı dəyərləndirən Mərkəzi Bankının sədri

 Elman Rüstəmov

 Maliyyə Bazarında Nəzarət Palatasının yaradılmasının müsbət addım olduğunu bildirib.

Fərmanda göstərildiyi kimi, yeni Palatada ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, 

rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli

 şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının

 qorunması tələb olunur. Bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi 

asanlaşacaq.

Elman Rüstəmov- Mərkəzi Bankın sədri: "Çünki, Mərkəzi Bankdan maliyyə sabitliyinin təmin olunması

 funksiyası alınmır və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə biz maliyyə sektorunda, xüsusilə

 bank sektorunda maliyyə sabitliyinin yaradılması istiqamətində birgə çalışacağıq".

Bundan başqa, Azərbaycanda bəzi bankların bağlanılması və ya birləşdirilməsi məsələsinə də toxunan 

Elman Rüstəmov qeyd edib ki, ödəmə qabiliyyətini itirən və Mərkəzi Bankın zəif hesab etdiyi problemli 

banklar sağlam bankların inkişafını da şübhə altına ala bilər.

Elman Rüstəmov - Mərkəzi Bankın sədri: "Ona görə də bizim siyasətimiz bu bankları sistemdən 

uzaqlaşdırmaqdır. Bilirsiniz ki, 25 illik tariximizdə maliyyə sektorunda konsalitasiya problemləri 

həmişə diqqət mərkəzində olubdur. Səhv etmirəmsə, bü dövrdə 230-a yaxın bank konsalitasiya olunub,

 yəni lisenziyaları geri alınıbdır. Və biz görürük ki, bağlanan bankların ölkənin sosial həyatında rolu

 bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilər. Buna görə də 

bunlar sistemdən uzaqlaşdırılıblar".

Banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə gəlincə...

Elman Rüstəmov - Mərkəzi Bankın sədri: "...Bilirsiniz ki, bu problem var və bu, təbii haldır. Dolların 

bugünkü kursu bütövlükdə bazarda manat və dolar münasibətlərini ifadə edir. Yəqin ki, bunların 

müqavilələrində də kurs yox, məhz götürdükləri pulları dollarla qaytarmaları tələb olunur. Yəni burada 

kurs faktoru yoxdur. Sadəcə olaraq hansı valyutada götürüblərsə, həmin o faiz dərəcəsində kontraktın 

icrasını tələb edirlər".

Azərbaycanın 40 milyard dollara yaxın valyuta ehtiyatının olduğunu deyən baş bankir, bunun, ölkənin 

ümumdaxili məhsulundan da çox olduğunu bildirdi. Həmçinin "üzən məzənnə" sisteminin tətbiqindən danışdı.

Elman Rüstəmov - Mərkəzi Bankın sədri: "Bu, bütün dünyada mövcud olan bir praktikadır. Yəni tam 

"üzən məzənnə"də çalışan çox az dövlətlər var və adətən bunlar yüksək inkişaf etmiş olan dövlətlərdir, 

onların da valyutaları konvertasiya olunmuş valyutalardır, dönərli valyutalardır. Amma əksər inkişaf etməkdə

 olan dövlətlər öz valyutalarının idarə olunan məzənnəsindədirlər. Bu isə, qısa bir müddətə məzənnədə kəskin dəyişikliklərin qarşısını almaq deməkdir. Çünki bu, bazar iştirakçıları, biznes və əhali üçün şok olardı".


OXŞAR XƏBƏRLƏR

Alimlər yaddaşı yaxşılaşdırmaq üçün məşq tövsiyəsi ediblər

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, hər əlavə 30 dəqiqəlik fiziki fəaliyyət koqnitiv performansı yaxşılaşdıra bilər.   Sfera.az ...

IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək

Dekabrın 20-dən 24-dək IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək.   Sfera.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, festi...

Başqasının cinayətinə görə 24 il cəza çəkən milyonçu yenidən həbsxanaya düşəcək

Başqasının cinayətinə görə 24 il həbsdə yatmış və bəraət qazandıqdan sonra şəhərdən 4,15 milyon dollar alan Filadelfiyadan olan 50 yaşlı Şorn Tomas yenidən həbs...

DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama- “Cəzalar olacaq”

“Vətəndaş zərərçəkmişə çevrilməməsi üçün müraciət etdiyi ünvanı tanımalıdır. Mən harada müalicə olunuram, məni kim müalicə edir, bunun müalicə etməsi üçün...

Vyetnamın ən zəngin qadınlarından biri ya 9 milyard dollar toplamalı ya da... - FOTO

Vyetnamın ən varlı qadınlarından biri olan Çionq My Lan ölüm cəzasına məhkum edildiyi dələduzluq işində apellyasiya şikayətini itirib. O, ən azı 9 milyard dolla...

Bu iki reperin edamı istənilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Green yetkinlik yaşına çatmayanlara cinsi istismarda ittiham olunan qalmaqallı amerikalı reperlər C...