“İqtidarın içindəki bəzi insanların planı bu olub ki...” – Ceyhun Osmanlı

“İqtidarın içindəki bəzi insanların planı bu olub ki...” – Ceyhun Osmanlı


 

"İqtidarın içində "zəncirlənmiş', "qandallanmış" gənclər çox olduğuna görə müxalifət belə qol-qanad aça bilib. Və ya elə əvvəldən iqtidarın içindəki bəzi insanların planı bu olub ki, Prezidentin və dövlətçlik təfəkkürü olan qabiliyyətli gənclərin müsbət enerjisi birləşməsin”.


Sfera.az xəbər verir ki, bu sözləri son günlər baş verənlərə münasibətini ifadə edərkən sabiq millət vəkili Ceyhun Osmanlı özünün facebook səhifəsində yazıb.

 

 

"19 Oktyabr bir çox mətləblərin üzə çıxdığı gündür. Bu faktdır ki, bu gün hökümətin müdafiəsində dayanan 1 nömrəli qüvvə Yeni Azərbaycan Partiyası, xüsusilə o partiyanın gəncləridir. Mən YAP üzvü deyiləm və bu barədə tərif demək öhdəliyim də yoxdur. Amma YAP ən güclü partiya olsa belə (özləri də etiraf edir ki, YAP üzvü 700 min nəfərdir) elektorat isə bu rəqəmdən ən az 8 dəfə daha çoxdur. Bəs 5 milyon nəfər?”.


Neytral elektoratla qurulan işi qənaətbəxş saymayan Ceyhun Osmanlı düşünür ki, bu sahədə ciddi addımlara ehtiyac var: "Bu elektoratın mütləq əksəriyyəti İlham Əliyevi dəstəkləsə də sual olunur ki, bu elektoratla institusional səviyyədə işləyən neçə partiya vəya hərəkat var? Haradadır gənclər hərəkatları? Haradadır QHT Alyansları? Sabah bu elektoratdan müxalifət partiyalarına keçən olanda cavabdehi kim olacaq?”


P.S. Cənab Prezidentin islahatlara çağırış barədə çıxışından sonra bəzilərinə əhval-ruhiyyəni korlamaq lazım idi və buna nail oldular...


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...