İqor Ponomaryov “Sabah”ın baş məşqçi təyin olunub

İqor Ponomaryov “Sabah”ın baş məşqçi təyin olunub
 

"Sabah” futbol klubunun Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib. 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, iclasda MŞ-nin sədri Firudin Qurbanov, üzvləri – Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klub prezidenti Maqsud Adıgözəlov iştirak ediblər.

İclasa giriş sözü ilə başlayan klub prezidenti komandadakı son vəziyyət, çempionat oyunlarındakı nəticələr barədə danışıb. O, baş məşqçi Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında onun bundan sonra klubda müşavir postunda çalışması ilə bağlı qərar qəbul olunduğunu qeyd edib.

 

M.Adıgözəlov yeni baş məşqçi axtarışlarının davam etdiyini bildirib. Klub prezidenti yeni baş məşqçi təyin olunana kimi MŞ-nin üzvü, təcrübəli mütəxəssis İ.Ponomaryovun öz təcrübəsi ilə komandaya kömək etməsini təklif edib.

Həm İ.Ponomaryov, həm də MŞ-nin üzvləri bu təklifi müsbət qarşılayıblar. Təcrübəli mütəxəssisin komandaya müvəqqəti baş məşqçi təyin olunması qərara alınıb. O, Premyer Liqanın "Sumqayıt”la oyunundan sonra, gələn həftənin bazar ertəsindən müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlayacaq. Mütəxəssis öz təcrübəsi ilə yeni baş məşqçinin axtarışında da köməyini əsirgəməyəcək.

MŞ-nin sədri Firudin Qurbanov çıxış edərək, İqor Ponomaryovun təcrübəsinin indiki zamanda komandaya faydalı olacağını qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...