İqbal Ağazadə: \"İri marketlərə - Bravo, Bazarstore, Araz, Favorit, Rahat, Oba və s. səslənirəm!\"

İqbal Ağazadə: \
Təklif edirəm ki, bütün iri və məhəlli marketlərdə "Ehtiyacın varsa, götür, imkanın varsa, yardım et!" elanı ilə rəflər yaradılsın.
Bu vasitə ilə biz imkansız vətəndaşlarımıza yardım edə bilərik.
Bəzən birimizin bir çörək, ya bir qutu çay yardım etməyə gücümüz çatır. Lakin yardımımızın az olmasına görə elə olur ki, onu ehtiyacı olan ailələrə çatdırmağa utanırıq.
Təklif etdiyimiz qayda olsa, hər kəs bu kampaniyada iştirak edə bilər. Təklifimiz bu ki, "Ehtiyacın varsa, götür, imkanın varsa, yardım et!" elanı ilə yaradılan rəflər marketlərin girəcəyində yaradılsın. Yardım etmək istəyən vətəndaşlar kassada aldıqları ərzaqlara ödəniş etdikdən sonra həmin ərzaqları "Ehtiyacın varsa, götür, imkanın varsa, yardım et!" elanı ilə yaradılan rəflərə qoysunlar və beləcə də ehtiyacı olanlar o rəflərdən ehtiyac duyduqları ərzaqları götürə, yardım etmək istəyənlər isə oraya yerləşdirə bilərlər.
Yardımın böyüyü, kiçiyi olmaz deyiblər. Və beləcə cəmiyyətlər, toplumlar bütövləşməyə, sosiallaşmaya, sevgiyə, qayğıkeşliyə, diqqətə, insanlığa bu cür addımlarla öyrəşdirilir, vərdişlər belə formalaşdırılır.
İri marketlərə - Bravo, Araz, Favorit, Rahat, Oba və s., o cümlədən məhəlli marketlərə səslənirəm:
Bu təşəbbüsü gerçəkləşdirin ki, ehtiyacı olan insanlarımıza hamı yardım edə bilsin, ölkəmizin bu çətin dönəmində #evdəqal kampaniyası zamanı ac insanımız olmasın. Bu ağır günlərdə hamımız bir yerdə olaq, kimsə ümidsiz olmasın.
P.S. İndi sosial şəbəkələrdə paylaşımlarda rast gəldim ki, artıq Göyçayda mağazaların birində belə rəf yaradılıb. Alqışlayır və bütün marketləri bu kampaniyaya qoşulmağa çağırıram.

OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...