DARPA dəriyə implant olunan və hidrogellə işləyən sensor hazırladı

DARPA dəriyə implant olunan və hidrogellə işləyən sensor hazırladı

DARPA Biologiya Texnologiyaları Ofisinin işçisi Dr. Matt Hepburn tərəfindən CSBnews-a verilən müsahibə yanlış anlaşılmaya səbəb olub. 
 
Sfera.az xəbər verir ki, mediada "DARPA-nın Covid-19 yoluxmalarını aşkarlaya bilən bir mikroçip hazırladığına” dair məlumat yayılıb. Lakin Hepburn "Newsweek" jurnalına yeni bir müsahibə verərək məsələyə aydınlıq gətirib. Hepburn verdiyi açıqlamada qurumun mikroçip deyil, dəriyə implant olunan və hidrogellə işləyən bir sensor hazırladığını deyib. 

O, açıqlamasında Pentaqonun pandemiyalarla mübarizə aparmaq üçün daim layihələr üzərində işlədiyini söyləyib. Həkim bu layihələrdən birinin də işıq siqnalları və hidrogel vasitəsilə işləyən sensorlar olduğunu deyib. Covid-19-a yoluxmanı və başqa bir xəstəliyi əvvəlcədən aşkarlamayan bu sensorların, sadəcə vücuddakı kimyəvi reaksiyaları ölçdüyü və beləliklə, həmin şəxsin səhhətində düzgün getməyən nələrsə olduqda xəbərdarlıq etdiyini qeyd edib. 

Həkimin sözlərinə görə, DARPA tərəfindən əsgərlərin səhhətini anlıq izləmək üçün hazırlanan layihə, vücuddakı kimyəvi dəyişiklikləri analiz edərək şəxslərin səhhətində nələrinsə tərs getdiyinə dair xəbərdarlıq etmə mexanizmasını daşıyır.

Sensor, bir şəxsə koronavirus yoluxub yoluxmadığını aşkarlaya biləcək formada hazırlanmayıb. Yəni hidrogel sensorları Covid-19 testini əvəz etmək məqsədi daşımır.

Mediada yayılan fotoların da mikroçip ilə əlaqəsi olmadığı bildirilir. 

Qeyd edək ki, DARPA da daha sonra Newsweek tərəfindən yayınlanan yazını paylaşaraq çip iddiasını təkzib edib.


OXŞAR XƏBƏRLƏR