Çiplər, ağıllı dərmanlar və rəqəmsal əkizlər - Futuristlər gələcəyi belə görür

Çiplər, ağıllı dərmanlar və rəqəmsal əkizlər - Futuristlər gələcəyi belə görür

İki görkəmli futurist , Gerd Leonhard və Kirill İqnatyev gələcəyimizin necə olacağını müzakirə ediblər: texnologiyalar xilasımız olacaq, yoxsa insanlıq üçün təhlükəyə çevriləcək?


1. Pandemitadan sonra dünya necə olacaq?


"The Futures” agentliyinin rəhbəri (İsveçrə) və "Texnologiyalar insanlığa qarşı" kitabının müəllifi Gerd Leonhard pandemiyanın bütün mövcud tendensiyaları sürətləndirdiyini düşünür: texnologiyaların inkişafını, qloballaşmanı, eyni zamanda da deqloballaşmanı.

 

Onun sözlərinə görə, normallıq anlayışı praktiki olaraq mövcud deyil. Bütün dünya problemləri arasında isə hazırda ön plana çıxan kütləvi xəstəliklərdir.

"Rusiya İnvestisiyaları” Şirkətləri Qrupunun İdarə Heyətinin sədri Kirill İqnatyev virusların bəşəriyyət üçün başlıca qlobal təhlükəyə çevriləcəyi və tibb sahəsində texniki tərəqqiyə təkan verəcəyi fikri ilə razıdır.

 

Yaxın gələcəkdə biotexnologiya və super kompüterlər virusların genomlarının deşifrə edilməsini və canlı insanlar əvəzinə rəqəmsal modellərdə sınaqdan keçirilərək bir neçə saat ərzində peyvəndlərin yaradılmasına imkan verəcək. Üstəlik, hər bir insanın genetik xüsusiyyətlərinə və immunitet səviyyəsinə görə fərdi peyvəndi olacaq. Bu, dünyanı kilidləmə vəziyyəti ilə əlaqəli yaşanan iqtisadi sarsıntılardan xilas edəcək. Digər qlobal risklər arasında super vulkan püskürmələri, qlobal iqtisadi böhranlar, iqlim dəyişikliyi və rəqəmsal müharibələr də var.


2. Texnologiyalar- xilas, yoxsa təhlükə?

 

 

 

Leonhard əmindir ki, texnologiyalar sadəcə bir alətdir, onların nə dərəcədə faydalı, yaxud zərərli olacağı isə yalnız bizdən asılıdır.

 

 

• Bir tərəfdən texnologiya və süni intellekt bizə pandemiya ilə mübarizə aparmağa, planetimizi xilas etməyə və istənilən gündəlik vəzifələrimizi sadələşdirməyə kömək edir. Onlar bizim insandan ayrı mövcud olmayan köməkçilərimizdir.

 

 

• Digər tərəfdən, texnologiyaların düşünülməmiş yayılması texnologiya asılılığına, insanların manipulyasiyasına və insanlıq itkisinə səbəb olur. Kor-koranə alqoritm kopyalayan robotlara çevrilməməyimiz üçün bir ortaq bir yol tapmalıyıq. Özümüzü səhv etmək, emosiyalar yaşamaq və mürəkkəb vəziyyətlərdən qeyri-standart çıxış yolları axtarmaq haqqından məhrum etməməliyik.

 

 

İndi biz yolayrıcındayıq- insanlıqla səmərəlilik arasında seçim edirik. Gələcək bizim seçimimizdən asılıdır. Bizi texnalogiyaların öldürücü təsirindən qxilas edə biləcək beynəlxalq standartlar və razılaşmalar işləyib hazırlamalıyıq.

 

 

İqnatyev əmindir ki, yaxın gələcəkdə texnologiyaların istifadəsində etik məhdudiyyətlərə ehtiyacımız olacaq. Ola bilsin, insan beynində hipokampusa bənzər bir şeyyaradacağıq: ölülər də daxil olmaqla, hər bir insan haqda məlumatların qorunduğu rəqəmsal saxlanc. Ağıllı rəqəmsal hesablamalara tam keçidlə, zərərli texnologiyaların vergi orqanları və ya digər dövlət qurumları səviyyəsində məhdudlaşdırılması mümkün olacaq: məsələn, yüksək ödənişlər, yaxud iqtisadi sanksiyalar hesabına.

 

 

3. Dövlət və iqtisadiyyat necə dəyişəcək?

 

 

Leonhard proqnozlarına görə, ənənəvi kapitalizm yerini davamlı inkişaf iqtisadiyyatına verəcək. Sözügedən inkişaf ətraf mühitin qorunması, paylaşma və məsuliyyətli istehlak prinsiplərinə əsaslanacaq. Texnologiyaların inkişafı sayəsində gündə iki-üç saatdan çox işləməyərək, bu günkü gəliri əldə edəcəyik. Yerdə qalan işləri robotlar, neyroşəbəkələr pilotsuz təyyarələr görəcək.


İqnatyevə görə, gələcəyin iqtisadiyyatı antroponomikdir: mərkəzində insan, onun sağlamlığına və rifahına qayğı olan bir model. ənənəvi dövlət anlayışı yoxa çıxacaq, amma öz qanunları ilə yaşayan qeyri-siyasi icmalar yaranacaq. Hökumətlər bu cəmiyyətlərin və ayrı-ayrı şəxslərin maraqlarına xidmət edəcək. Öz gələcəyini və inkişaf yolunu hər kəs özü seçəcək.

 

 

4. Rəqəmsal əkizlər nədir?


Kirill İqnatyev rəqəmsal əkizlər dedikdə, ən yaxşı həll yolları təklif edərək beynimizdən məlumat oxuyacaq proqram servislərini nəzərdə tutur. Onlar insanı əvəz etməyəcək, amma onun ortağı olacaqlar, bizi yorucu işlərin icrasından xilas edəcəklər və şəxsi iştirakımızın vacib olmadığı yerlərdə bizi təmsil edəcəklər. Bu əmək və xidmətlərbazarını köklü şəkildə dəyişəcək: rəqəmsal əkizlərin ətrafında yeni ixtisaslar və servislər meydana gələcək”avatarlar”ın özü bizim əvəzimizə eyni vaxtda bir neçə vəzifəni icra edə biləcəklər.

 

 

5. Nəqliyyatımız, yeməyimiz və pulumuz necə olacaq?

 

 

Leonhardın proqnozuna görə, artıq 10 il sonra bütün dünya böyük dövlətlər, yaxud qlobal Mərkəzi Bank tərəfindən idarə olunan beynəlxal rəqəmsal valyutaya keçəcək.

 

İqnatyev elektrikli nəqliyyat vasitələrinə və pilotsuz təyyarələrə tam keçidi proqnozlaşdırır; hər bir insan üçün fərdi qaydada hazırlanacaq ağıllı qida və dərman; nağd pulun rəqəmsal valyuta ilə əvəzlənməsi. Bunun üçün sadəcə rəqəmsallaşmanın inkişaf etməkdə olan ölkələri əhatə eləməsi lazımdır. Heç bir faydalı işlə məşğul olmayan, vaxtını sosial şəbəkələrə və onlayn oyunlara sərf edən şəxslər isə böyük məbləğdə vergi ödəyəcəklər.


Gələcəkdə öz dünyagörüşümüzü və hisslərimizi bir-birimizə anında çatdıra biləcəyik. Yaxın onilliklərdəki digər innovasiyalar sırasında müntəzəm kosmik uçuşlar, istənilən dilə şifahi tərcümə, neft və qaz əvəzinə, yeni enerji mənbələri, eləcə də orqanizmimizi gündəlik skan edən çiplər.

 

 

Mənbə: Rusiyanın RDS (Russian Digital Signature) saytı

Tərcümə etdi: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR