İntim fotolarını yayacağı ilə hədələyib görüşməyi tələb etdi, HƏBS OLUNDU
12:51 / 28.04.2021
1831
Bakıda bir qadından sosial şəbəkədə şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb edən şəxs saxlanılıb.
Sfera.az DİN-ə istinadən xəbər verir ki, Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanıb.