İntihar edən Naidə İsayevanın atası və qardaşı FAKTLARI AÇIQLADILAR

İntihar edən Naidə İsayevanın atası və qardaşı FAKTLARI AÇIQLADILAR
 

Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın haqqında deyilənlər həqiqəti əks etdirmir.

Bu barədə Naidə İsayevanın atası, Qarabağ qazisi Namiq İsayev açıqlamasında bildirib. Onun sözlərinə görə, qızı sakit, tərbiyəli və ailəyə bağlı biri olub. Məktəbdə də onun xətrini çox istəyiblər.

"İndicə prokurorluqdan çıxdıq. Baş verənləri danışdıq. Sosial şəbəkələrdə ağıllarına gələni yazırlar. Onun adından başqa-başqa şeylər paylaşıblar. Ailədə də heç bir problem olmayıb”, - deyə Namiq İsayev bildirib.

Əslində nə baş verib?

Naidə İsayevanın qardaşı Nazim İsayev  açıqlamasında bildirib ki, bacısının adından səhifə açıblar və onu dəfələrlə narahat ediblər.

"Mən onsuz da ağrı yaşayıram, istəmirəm, ikinci ağrı yaşayım. Onun adından səhifə açıblar. Naidənin məktəbdən çəkilən şəklini qoyublar, yazıblar ki, "sosial mediada səni rəzil” edəcəyəm. Dəfələrlə belə şeylər olub. Evdə də heç nə bildirmirdi. İçinə salırdı.

İntim məsələsi haradan çıxdı, bilmirəm. Bu bizim üçün ikinci zərbədir. Bunları hardan çıxarıblar? Bu, şeyləri yığışdırmaq lazımdır.

Bu dağ mənim üstümdədir. Özünüzü mənim yerimə qoyun, danışın. İndi çalışırlar ki, onun adından səhifə açan adamı tapsınlar. Bütün müəllimə yoldaşları onun başına and içirdilər. Arzuları vardı”, - deyə Nazim İsayev bildirib.

(baku.ws)


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...