No Image
No Image

İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
Baş Prokurorluq tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ömərzadə Zahid Xandadaş oğlunun – 2014-2015-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif işlərə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul vəsaitini alaraq etibarlarından sui-istifadə edib aldatma yolu ilə dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zahid Ömərzadə barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zahid Ömərzadə 11.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Saatlıda ata oğlunu baltalayıb, meyiti hində basdırdı - TƏFƏRRÜAT

Saatlı rayonunda oğlunu qətlə yetirməkdə təqsirli bilinən Səməd Qasımovun cinayət işinin təfərrüatı üzə çıxıb. Sfera.az xəbər verir ki, hadisə Saatlı ra...

Tərtər məhkəməsinin qarşısında arvadını öldürən şəxs müəllimdir, üç övladı var

Tərtər Rayon Məhkəməsinin qarşısında baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.   Öldürülən 1995-ci il təvəllüdlü Arzu Abbasova əslən Samux r...

Bakıda qadını şantaj edən şəxs tutuldu

Bakıda qadını şantaj edən şəxs tutulub. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Ra...

Prokurorluqdan Tərtərdə qadının qətli ilə bağlı rəsmi açıqlama

İyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil ...

DTX Ukraynada əməliyyat keçirdi - VİDEO

Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub. Sfera.az Dövlət Təhlükəsizliyi Xidmətini...

Boşanmaq istəyən arvadını məhkəmənin önündə öldürdü

Tərtər rayonunda qətl hadisəsi baş verib. Sfera.az-ın məlumata görə, hadisə Tərtər Rayon Məhkəməsinin qarşısında qeydə alınıb. Belə ki, Anar Əliyev həyat...