İnterpol 50 uşağı zorakılıqdan xilas edib

İnterpol 50 uşağı zorakılıqdan xilas edib

İnterpol Tailand, ABŞ və Avstraliyada keçirdiyi uzunmüddətli əməliyyat nəticəsində 50 uşağı cinsi zorakılıqdan xilas edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin əməliyyat 2017-ci ildən etibarən başlayıb. Qeyd olunur ki, o zaman Tailandda azyaşlı uşaqlara zorakılığı təbliğ edən internet saytı aşkar edilmişdi.

Saytın 63 min abunəçisi olduğu müəyən edilmişdi.

Hazırda xilas edilən uşaqlarla yanaşı, daha 100 nəfərin axtarışları hələ davam etdirilir.

 

Qeyd edək ki, həmin saytın təsisçisi 146 il müddətinə azadlıqdan məhrum edilib. Əməliyyat zamanı saxlanılan daha iki nəfərə isə 36 və 40 illik həbs cəzaları verilib.


OXŞAR XƏBƏRLƏR