İnternetdə tanış olub evləndiyi qadınla \"Google Translate\" vasitəsilə danışırdı - Böyük eşq hüsranla bitdi
16:20 / 29.09.2021
929
Türkiyənin Denizli bölgəsində yaşayan Ahmet Kara indoneziyalı həyat yoldaşından boşana bilmir.
Sfera.az bildirir ki, buna səbəb Nel Mavati adlı qadının məmləkətinə gedib qayıtmamasıdır. Belə ki, xəstəxanada təmizlik xidmətçisi işləyən 44 yaşlı Kaya 2018-ci ildə sosial media vasitəsilə 39 yaşlı Nel Mavatiylə tanış olub. "Google Translate”in köməkliyi ilə ünsiyyət quran cütlüyün münasibəti bu formada 7 ay davam edib. Ardınca onlar evlənməyə qərar veriblər və Ahmet bankdan 30 min türk lirəsi məbləğində pul götürərək İndoneziyaya yola düşüb. 2019-cu ilin aprel ayında Kara həyat yoldaşını yaşadığı Denizliyə gətirib və burada imam nikahı ilə ailə həyatı qurublar. Evlilikləri boyunca da, cütlük tərcümə proqramı ilə əlaqə yaradıb.
Lakin Mavati 4 aydan sonra öz ölkəsinə qayıdıb və bir daha geri dönməyib. Kara isə, həyat yoldaşının yol xərclərini qarşılamaq üçün dostlarından 5 min lirəlik borc alıb. Hazırda boşanmaq üçün yollar axtaran Türkiyə vətəndaşı çarəsiz qaldığını deyib.
"Hələ də kreditləri ödəyirəm. Boşanmaq istəyirəm, amma olmur. Mavati məni hər yerdə əngəlləyib, 2019-dan bəri ondan məlumatım yoxdur. Hazırda bir nişanlım var, onunla ailə həyatı qurmaq fikrindəyəm. Amma rəsmi nikahlı göründüyümə görə, ikinci evlilik edə bilmirəm. Çarəsizəm”, - deyə o qeyd edib.
Türkan
Sfera.az