İnstaqramda foto və videoların bəyənilmə sayı gizli olacaq

İnstaqramda foto və videoların bəyənilmə sayı gizli olacaq
 

İnstaqram rəhbərliyi şəbəkədə paylaşımlarla bağlı növbəti addım atıb.

APA "CNN”ə istinadla məlumat verir ki, yeni qərar instaqramda paylanılacaq hər hansı bir foto və videonun bəyənmə sayı açıq şəkildə göstərilməyəcək. 

İstifadəçilər xəbərdən narahatlıqlarını bildirsələr də, mütəxəssislər bunun səbəbini izah ediblər. "CNN TÜRK”ün müxbiri Səma Akbulut yeni qərarın hansı səbəbdən qəbul edilməsinə aydınlıq gətirmək üçün psixoloq Onur Okan Demirciyə müraciət edib. 

 

Psixoloq qeyd edib ki, foto və ya video paylaşarkən bəzi insanlar onun bəyənilmə dərəcəsinə rəğmən özlərini xoşbəxt, yaxud üzüntülü hiss edirlər. Bu səbəbdən, insanların psixoloji sarsıntı keçirməməsi üzündən İnstaqram mütəxəssisləri bəyənməni gizli etməyə qərar veriblər. 


Həmçinin qeyd edilir ki, bu addımın atılmasında məqsəd paylaşımların nə qədər bəyənmə sayı yığmasına deyil, onlara nə qədər önəm verilməsinə diqqət çəkməkdən ibarətdir. 

Yeni tətbiqin qaydalarına görə foto, videoların bəyənilmə sayı bəlli olmasa da, münasibət bildirən şəxsin ad, yaxud digər göstəriciləri əks olunacaq.


Hələ ki, bu yenilik ilk olaraq Kanada, Avstraliya, Yeni Zelandiya, İrlandiya, İtaliya, Yaponiya və Braziliya kimi ölkələrdə sınaqdan keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...