Instagram-da 1 dəqiqəlik Stories-lər olacaq

Instagram-da 1 dəqiqəlik Stories-lər olacaq
Instagram daha uzun xronometraja sahib Stories-lərin testinə start verib. Qeyd etmək lazımdır ki, Instagram-dakı Stories-lərin xronometrajları 15 saniyə təşkil edir. Lakin bəzi regionların istifadəçiləri artıq 1 dəqiqəlik Stories-lər yükləyə bilirlər. Analitiklərin fikirlərinə əsasən bu, TikTok-un istifadəçi kütləsini özünə cəlb etməyin növbəti üsuludur. Sosial şəbəkələr üzrə mütəxəssis Matt Navarra aşkar edib ki, Türkiyədən olan istifadəçilər üçün Stories-lərin yeni formatı istifadəyə verilib. Belə ki, yeni format çərçivəsində türkiyəli istifadəçilər 1 dəqiqəlik xronometraja sahib Stories-ləri Instagram-a yükləyə bilirlər.

Fotoservisin sistemi bu cür videoları 15 saniyəlik ayrı-ayrı kiçik hissələrə bölmədən bir dəfəyə onları Stories bölməsinə yerləşdirir. Bundan əlavə olaraq əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Instagram Stories paylaşımlarını yükləmək üçün nəzərdə tutulmuş yeni interfeys üzərində çalışır və həmin interfeys Stories paylaşımlarında digər istifadəçiləri və yerləri işarələmək prosesini daha da sadələşdirəcək. Yenilənmiş interfeysin nə zaman istifadəyə veriləcəyi barəsində heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, 1 dəqiqəlik Stories-lər də hələ hamı üçün aktiv edilməyib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Tesla” ötən ay satışını 3 dəfə artırdı

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla” 2021-ci ilin dekabr ayında 70 846 avtomobil satıb. Sfera.az  xarici mətbuata istinadən xəbər verir k...

"WhatsApp"da yeni funksiya işə salındı

"WhatsApp" səsli mesajlara qulaq asmağı daha da rahatlaşdırıb. Sfera.az bildirir ki, artıq onları yazışmanın içərində olmadan da dinləmək mümkündür. ...

"Whatsapp"da yeni funksiya

"WhatsApp” növbəti yeniliyini istifadəçilərin ixtiyarına verib. Sfera.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Artıq mesence...

İnternet problemi olanlara şad xəbər: Bu üsulla proses sürətlənəcək

"Bakı kəndlərində müşahidə olunur ki, genişzolaqlı internet çəkilişi üçün elektrik dirəklərindən istifadəyə başlanıb”. Sfera.az xəbər verir ki, bunu Azərb...

Şirkətlər “Prius”ları sığortalamaqdan tam imtina edəcəklər?

"Toyota” şirkətinin istehsalı olan "Prius” modellərinin sahibləri avtomobillərini sığortalaya bilmədiklərindən şikayətlənirlər. Sosial şəbəkələrdə paylaşılan mə...

Türkiyə milli avtomobilini ABŞ-da nümayiş etdirdi - FOTOLAR

Türkiyənin milli avtomobili olan TOGG dünyanın ən böyük istehlak elektronikası ticarət sərgisi - "CES 2022”də nümayiş etdirilib.   Sfera.az xəbər verir k...