İnsanların arıqlamaq üçün tətbiq etdiyi ən çılğın 10 üsul

İnsanların arıqlamaq üçün tətbiq etdiyi ən çılğın 10 üsul
Bəzi insanların arıqlamaq üçün tətbiq etdiyi çılğınca arıqlamaq üsulları hər kəsi təəccübləndirir, amma əhəmiyyətli
 olan sağlam bir şəkildə bədən üçün standart kilonu qorumaqdır, çünki həddindən artıq arıq olmaq və bədən 
indeksini pozmaq bir çox sağlamlıq problemini də özü ilə birlikdə gətirir. Bunu illərdir, hər kəs izah etməyə çalışsa
 da bəzi insanlar arıqlamaq uğruna hər şeyi edə biləcəklərini israrla göstərməyə davam edirlər… Arıqlamaq 
uğruna əsla tətbiq olunmamalı həmin üsullar…

1. Pambıq udma üsulu
İnsanlar, pambıq udaraq mədəyə toxluq hissi verməyə və acmamağa çalışırlar, amma bunun yerinə boğazlarına
 sahib çıxa bilsələr daha yaxşı olardı..

2. Dilə yamaq üsulu
Bu isə həqiqətən dəlilikdir! Dilə tikilən bir yamaq, qatı yeməklərə mane olur, çünki inanılmaz dərəcə ağrı verir. 
Buna görə yalnız mayeylə qidalanıb arıqlayırlar.

3. Xortumla qidalanma üsulu
Bu çılğın üsulda isə, burnunuzdan mədənizə doğru enən bir xortumla aşağı kalorili mayelər birbaşa mədənizə 
enir. Yəni qısacası bu üsulda burnunuzdan qidalanırsınız.

4. Yatmaq üsulu
Bu üsulda acan kimi sizi yatdıracaq yuxu dərmanları içib yatırsınız və beləcə yemək yeməmiş olursunuz.

5. Bağırsaq soxulcanı üsulu
Әn axmaq və çılğın üsullardan biridir! Bu qurdları mədələrinə göndərən insanlar, yedikləri yeməklərin kalorilərini
 daha tez yandırdıqlarını düşünürlər. Amma bu soxulcanların onları öldürə biləcəklərini heç təxmin belə etmirlər!

6. Qusdurucu siroplar üsulu
Bulima xəstəliyini bəlkə də eşitmisiniz. Bu xəstəlikdən əziyyət çəkən insanlar yediklərini həzm etmək yerinə
 özlərini qusduraraq arıqlamağa çalışırlar. Bədənlərinə heç bir şey getmədiyi üçün də bir müddət sonra belə 
insanlar ölümlə burun- buruna qalırlar. Bu siropun isə əsl funksiyası zəhərlənmələrdə qusdurma məqsədli
 istifadə olunmasıdır, amma arıqlamaq istəyən insanlar tərəfindən yediklərini xaric etmək üçün istifadə edilir.

7. İnsulin iynəsi üsulu
Şəkər xəstəsi olmayan birinə aşağı dozlu insulin iynəsi vurulsa, qandakı şəkər nisbəti sürətlə düşər və bədən
 enerjisini saxladığı karbohidratlardan almağa başlayar. Buda arıqlamağa gətirib çıxaracaqdır. Ancaq
 zamanla bütün orqanlarınız iflas edəcəkdir.. Bir neçə kilo üçün bir böyrəyinizi belə itirə bilərsiniz.

8. Urine iynəsi üsulu
Qana qarışan bu hüceyrələr maddələr mübadiləsini daha sürətli işlədərək kaloriləri daha sürətli yandırır,
 lakin bu halda Urine iynəsinin içindəki zəhərli kimyəvi maddələr də qanınıza qarışmış olacaqdır. Yenə ölümə 
gedən bir yol…

9. Narkotik həblər üsulu
Bu həblər sizi həddindən artıq uyuşdurduğu və sinir sisteminizi də sakitləşdirdiyi üçün aclığınızı hiss
 etməzsiniz. Yəni arıqlamaq uğrunda narkotikə başlamaq həqiqətən qulağa çox iyrənc gəlir.

10. İştahsızlar düşərgəsi
Bu düşərgələrdə iştahsızlıqları ilə qürur duyan insanlar yemək yemək yerinə rəsmən fotosintez edirlər.
 Hədəflərinin nə olduğunu isə bilmirik..

Həqiqətən, qarınlarını bir quru çörəklə doyuzdura bilmək üçün hər şey etməyə hazır olan insanları görəndə,
 yediklərinə küsüb bu cür çılğın və sağlam olmayan üsullardan istifadə edən insanlara görə çox üzülürük.

OXŞAR XƏBƏRLƏR