\"İnsanları peyvənddən qorxudanların internetini kəsmək lazımdır\" - Səmra Rəhimli

\
"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimli koronavirusa qarşı peyvənd olunub.

Sfera.az xəbər verir ki, İnstaqramda foto paylaşan müğənni hər iki dozanı vurdurduğunu bildirib:

"Mən "Pfizer" etdirdim. İlk dozada 3 gün qolum ağrıdı, məşqdən sonrakı əzələ ağrısı kimi... İkinci dozada qolum çox az ağrıdı və qızdırmam oldu. Dərman içməyi sevmədiyim üçün bir neçə saata öz-özünə keçdi. Yaxşı hiss edirdim. Hərdən insanların yazdıqlarını oxuyub, ağır keçirəcəyimi düşünürdüm, amma nəticədə heç nə olmamış kimi, adi bir gün idi mənim üçün. İnsanları qorxudub, nə gəldi yazanların internet xəttlərini kəsmək lazımdır".


OXŞAR XƏBƏRLƏR