İnsanlar koronavirusa daha çox ictimai yerlərdə yoluxurlar

İnsanlar koronavirusa daha çox ictimai yerlərdə yoluxurlar
 
Son vaxtlar koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ictimai nəqliyyatda, kütləvi məkanlarda virusa yoluxurlar. Buna səbəb isə qoyulan qaydalara əməl edilməməsidir.

Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, terapevt Nahid Məhərrəmov bildirib ki, xəstəliyin ilkin simptomları olan bəzi şəxslər tibbi xidmətə müraciət etmək əvəzinə, adi həyata davam edirlər, bəzi hallarda özlərini müalicə etməyə çalışırlar. Bununla da həm özlərinin vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdururlar. Digər bir problem isə vətəndaşların virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etmələridir.

Terapevt vurğulayıb ki, hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlükə yaratmaqda davam edirlər.

Nahid Məhərrəmovun sözlərinə görə, karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır.

Həkim vurğulayıb ki, ehtiyac olmadığı təqdirdə ictimai yerlərdən istifadə edilməməlidir.

Ekspertlər bildirirlər ki, mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir. Bununla yanaşı ictimai yerlərdə müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.



OXŞAR XƏBƏRLƏR

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...