insani qocaldan səbəb:Təqvim və Saat

insani qocaldan səbəb:Təqvim və Saat

Təqvim və saat olmasa idi, insan ömrü indikindən qat-qat uzun olardı...

Britaniya alimlərinin Edinburq Universitetində aparılan tədqiqatlar insan orqanizminin əsas qocalma səbəbini aşkara çıxarıb. Tədqiqat rəhbəri Endryu Stivenson iddia edir ki, təqvim və saat olmasa idi, insan ömrü indikindən qat-qat uzun olardı: "İnsanlar gün ərzində işlərini saata görə proqramlaşdırırlar. Hər yerdə təqvimlər var və insan hər günün necə qurtardığını, növbəti günün necə başladığını bilirlər”. 

Sadalananların insan psixologiyasına güclü təsir etdiyini və insan həyatını proqramlaşdırdığını deyən Stivenson, təqvimdə hər rəqəm dəyişdikcə insanın şüurunda ömründən daha bir gün getdiyi təəssüratının yarandığını qeyd edib. Bu da onun orqanizminə təsir edir. Nəticədə, orqanizm qocalır.

Endryu Stivenson 1982-ci ildə Kaliforniya Universitetində aparılan tədqiqatı xatırladaraq fikrini izah etməyə çalışıb: "Həmin vaxt könüllü bir tələbə üzərində maraqlı bir tədqiqat aparılmışdı. Bir il müddətində qapalı hücrədə saxlanılan tələbənin otağı süni işıqla işıqlandırılırdı. Otaqdakı saat isə ləng işləyirdi. Nəticədə, 1 il sonra tələbə sadəcə 8 ay müddət keçdiyini güman edirdi. Onun orqanizmində aparılan tədqiqatlarda isə bu müddət ərzində tələbənin orqanizminin 1 il yox, 8 ay qocaldığı müəyyən edilmişdi”.

Stivenson arxeoloji qazıntılar zamanı yaşı 100-ü ötmüş bir çox insan skeletinin tapıldığını deyərək, "ibtidai icma quruluşunda insanlar həyatlarını vaxta görə proqramlaşdıra bilmirdilər. Bu da onların daha gec qocalması və gec ölməsinə səbəb olurdu”, — deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, yaxın günlərdə Kembric Universitetinin alimi Malkolm Mak Qedi də sivilizasiydan uzaq, tayfa quruluşunda yaşayan insanların daha çox yaşadığını və buna əsas səbəbin onların "qollarına saat taxmaması” olduğunu bildirmişdi.

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...