“İnsan orqanlarını sata və ya hədiyyə verə bilər” - Hacı Surxay

“İnsan orqanlarını sata və ya hədiyyə verə bilər” - Hacı Surxay
2022-ci ilin yanvarın 1-dən Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib. Bu isə mövzunun sosial şəbəkələrin Azərbacyan seqməntində geniş müzakirəsinə səbəb olub.
 
Yeni qanunu dəstəkləyənlərlə yanaşı, buna qarşı olanlar da var. Bəzi şəxslər hesab edir ki, yeni qanun dinimizin göstərişləri ilə uzlaşmır. Maraqlıdır, bu arqument nə dərəcədə doğrudur? İslam dini insan orqan və toxumalarının donorluğu və transplantasiyasına qarşıdır? 
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, hacı Surxay Məmmədli insan orqan və toxumalarının donorluğu və transplantasiyasının islam dinində qadağan olmadığını bildirib:

"Bu məsələdə əsas olan şəxsin rizasının olması və onun səhhətinə bu və ya başqa formada təhlükə törənməməsidir. Müqəddəs kitabımız Quranı-Kərimdə buyrulub ki, bir insana həyat vermək bəşəriyyətə həyat vermək kimidir. Bir insanı öldürmək isə yenə bəşəriyyəti öldürmək kim bir şeydir. İnsan həyatını xilas etmək üçün atılan heç bir addım islamda qadağan deyil. Şəxs öz orqan və toxumalarını sata və ya hədiyyə olaraq başqasına verə bilər”
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...