İnsan beyni simsiz şəkildə kompüterə qoşuldu - FOTO

İnsan beyni simsiz şəkildə kompüterə qoşuldu - FOTO
Tarixdə ilk dəfə insan beyni simsiz şəkildə kompüterə qoşulub.
 
Sfera.az xəbər verir ki, ABŞ-dakı Braun Universitetinin alimləri ilk dəfə olaraq insan beyni ilə kompüter arasında qüsursuz çalışa bilən simsiz əlaqə qurmağı bacarıblar.
 
Aparılan təcrübədə iflicdən əziyyət çəkən 35 və 63 yaşları olan iki iştirakçı "BrainGate” texnologiyası vasitəsilə 24 saat ərzində simsiz əlaqə vasitəsilə əmrləri kompüterə ötürüb.

Laboratoriya mühitində deyil, iştirakçıların evlərində aparılan təcrübə çərçivəsində iştirakçıların beyin siqnalları başlarının üstündə yerləşən sadə bir ötürücü cihaz vasitəsilə simsiz olaraq "tək neyron görüntüsü və tam geniş zolaq dəqiqliyi” ilə bir kompüterdə əks olunub.

Təcrübədə komanda ötürülməsi uğurlu alınıb və iştirakçıların simli sistemlərə bənzər yazma sürəti və klik dəqiqliyi qeydə alınıb.

Bu yeniliyin iflicdən əziyyət çəkən şəxslər üçün dönüş nöqtəsi olduğu bildirilir.

Sfera.az
İnci 


OXŞAR XƏBƏRLƏR