İnsan alverinə görə həbs edildiyi deyilən Mətanət Əsədovadan SƏRT REAKSİYA: \"Narkotiklə məşğul olanlar...\"

İnsan alverinə görə həbs edildiyi deyilən Mətanət Əsədovadan SƏRT REAKSİYA: \
"Mən yorulmuşam, nə qədər olar. Açıqlama verəcəm, yenə yığışıb nəyisə atacaqlar Mətanətin üstünə. Kiməsə yatlaqlansaydım, özümü ortaya qoysaydım, divarlarım qızıldan idi. Niyə heç nəyim yoxdur? Haram tikə yeyirəmsə, niyə taksi ilə gəzirəm? Villalarım, evim, maşınım yoxdur. Allahınız olsun, bəsdirin!”
 
Sfera.az-ın məlumatına görə, bunu Müğənni Mətanət Əsədova haqqında yayılan həbs xəbərlərinə münasibət bildirərkən deyib. 
 
İfaçı heç kimdən nəsə istəmədiyini, ancaq səsinə güvəndiyini vurğulayıb:

"Məndən nə istəyirsiniz, nə alıb verə bilmirsiniz? Məni gözdən salmaq istəyənlər Allahın gözündən düşsünlər. Hələ dözürəm. Narkotiklə məşğul olanlar, özlərini ortalığa qoyanlar qalıb, gəlib  hamısı başımda çartlayır. Bir sonuncu hadisə qalmışdı, o da oldu. Vallah ət tökürəm, utanıram. Bunu kimin, nəyə görə etdiyini çox gözəl bilirəm. Əgər səhvim olsa, hamı cəzamın nə olacağını görəcək, qayda-qanun var. Mətanətlə oyun oynayırsınız, yaxşı. Nə qədər azğınlaşmısız ki, dövlətlə də eyni şeyi edirsiniz. Lazımi orqanlardan da xahiş edirəm, buna əncam çəkin. Hər şeyi qoyublar bir kənara, şəhid, qazilərin adında istifadə edirlər. 

Hüquq mühafizə orqanlarına ərizəmi yazacam, bu işlərlə vəkilim məşğul olacaq. Bu, axırıncı nöqtə idi, bu işdən əl çəkməyəcəm. Sən sən ol, mən də mən olum! Bu xəbəri kimin yaydığını tapdıracam. O insan elə bilir ki, tapmaq mümkün deyil”.

İzləyicilər həmin şəxsin həmkarı Nazənin olduğunu yazıb. M.Əsədova isə bununla bağlı konkret fikir səsləndirməyib:

"Mənim o şəxsə qərəzli münasibətim, düşmənçiliyim yoxdur. Heç onun evini tanımıram. Balalarını, yoldaşını görməmişəm. Nazəninlə bağlı heç nə deyə bilmərəm. Hüquq özü göstərəcək. Amma xəbər yayılandan sonra ilk olaraq elə Nazənin xanım mənə zəng edib olanlar haqqında soruşmuşdu. Heç kimin adını çəkməyəcəm. Bu dəqiqə elə bir vəziyyətdəyəm ki, özümdən də şübhələnirəm”.

Qeyd edək ki, sosial şəbəkədə M.Əsədovanın insan alverinə görə həbs edildiyi xəbəri yayılmışdı. DİN açıqlama yayaraq, belə bir halın olmadığını bildirib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...