Çinlilər bunu məqsədli yayıb ya yox? - Ceyhun Osmanlı yazır

Çinlilər bunu məqsədli yayıb ya yox? - Ceyhun Osmanlı yazır
Bir çox ölkələrdə həyat sanki dayansa da Çində dayanmayıb

Son proseslər barədə bəzi müşahidələrim:

Virusun Çindən gəldiyinə mənim heç bir şübhəm yoxdur. Uhandan olmasaydı belə Çinin başqa bir şəhərindən yayıla bilərdi. Necə ki, SARS virusu Pekindən yayılmışdı. SARS, MERS virusları da koronavirusların bir növü idi.

SARS virusu yayılandan sonra dünyada bu barədə tədqiqatların sayı çoxaldı.
Hətta 10-15 il bundan öncə İsveçdə, Almaniyada, ABŞ-da alimlər yazırdılar ki, dünya növbəti pandemiyaya hazır olmalıdır və bunu da Çin ilə əlaqələndirirdilər. Belə tədqiqatların birində qeyd edilirdi ki, "Yarasalar belə virusların deposudur. Çində insanların yarasaları yeməsi faktı bəşəriyyətin saatlı bomba üzərində oturmasına bənzəyir"

Sual: Çinlilər bunu məqsədli yayıb ya yox?

Cavab: Bilmirəm.

Lakin B.Britaniyanın Daily Mail qəzeti məhz 2017-də Uhanda Sars və Ebolanı tədqiq edən laboratoriyanın mövcudluğu, o laboratoriyada canlılar üzərində testlər aparıldığı və beləliklə virusun o laboratoriyadan kənara sıçramasının faciəyə yol aça biləcəyini yazmışdı.

Hələ də dünyada fərqli fərziyyələr irəli sürülməkdədir. Lakin reallıqlar göstərir ki, Çinlilər virusla mübarizəyə çox hazırlıqlı idi. Qısa müddətdə Pandemiyanın məhz Çində minimuma endirilməsi Çinin hazırlıq səviyyəsindən xəbər verirdi. İqtisadi sahədə də Çin hələ ki, uduşlu görsənir:

1. Dünyada bir çox ölkələrdə həyat sanki dayansa da Çində dayanmayıb.

2. Dünyada iqtisadi kollaps neft və digər enerji daşıyıcılarının qiymətinin azalmasına səbəb olub. Nefti ən çox idxal edən ölkələrdən biri olaraq bu Çinə çox sərfəlidir

3. Dünyada qlobal iqtisadi böhran dünya əhalisini gələcəkdə bahalı Avropa və Qərb mallarından imtina etməyə, əvəzində isə ucuz və keyfiyyətli Çin malları almağa sövq edəcək. Çin pusquda dayanıb post-koronavirus dönəmini gözləyir. Proseslər normala dönəndən sonra dünyaya ən böyük ixracat yenə Çinin payına düşəcək

4. Dünyada elektron ticarət, online bizneslər inkişaf edir. Bu dönəmdə Çinli mütəxəssis tərəfindən hazırlanan Zoom proqramı xüsusi rəğbət görür.

5. Online satış və çatdırılma xidmətlərində də Çin Alibaba və Alibaba Express ilə hazır vəziyyətdədir və bütün dünyaya öz məhsullarını çatdırmağa hazırdır. Məlumat üçün qeyd edim ki, Çində istənilən istehsalçı öz mallarını Alibaba vasitəsi ilə dünyaya çatdırmaq imkanına malikdir.

6. Bu dönəmdə Çindəki bir çox qərb investorları özlərinin malik olduqları fabrik və zavodları, istehsal müəssisələri və başqa biznesləri satmağa başladı. Bir çox müəssisələrin isə dünya bazarında səhmlərinin qiyməti düşməyə başladı. Sanki bu durumu gözləyirmiş kimi Çin milyarderləri yüksək qərb texnologiyasına əsaslanan biznesləri almağa başladı. Beləliklə Çin milyarderləri özlərinin bəzi qərbli şəriklərindən canını qurtararaq mütləq mülkiyyətçi oldular. Bunu hər kəsə şamil etmək olmasa da, bəziləri bu yolu tutdu.

7. ABŞ prezidenti milli təhlükəsizlik doktrinasında Çini özü üçün qlobal təhlükə adlandırmışdı və Çin mallarına vergilər tətbiq edilmişdi. Lakin Koronavirus dönəmində Çinin ABŞ-a maska ixracını simvolik də olsa bu ölkədən ehtiyacı olduğunu və iqtisadiyyatların orqanik bağlılığının ifadəsi idi.

Bu gün bütün dünya virusun təhlükəsini anlayır, hətta bunun dünya müharibəsi olduğu faktını çoxları mənimsəyib. Lakin eyni zamanda Avropa ölkələrində, xüsusilə də İngiltərədə Səhiyyə və İqtisadiyyat nazirlikləri arasında ciddi mübahisələr gedir. Debat bundan ibarətdir ki, əgər ölkələrin iqtisadiyyatları çökərsə onların səhiyyə sistemləri də ayaq üstə uzun müddət davam gətirə bilməyəcək. Çünki Avropada da bir çox sahələrdə günə muzd işləyən milyonlarla insan var. Onlar virusa yoluxmasa belə, onların gəlirsiz qalması aclıq, səfalət, cinayətlər kimi problemləri ardından gətirəcək. Ona görə də qərb ölkələrində kütləvi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı gələn səslər çoxalmaqdadır.

Xüsusi ilə bu məqamda İsveç modeli ciddi müzakirə olunur. İsveçdə iş yerləri, təhsil müəssisələri bağlanmayıb. İsveç virusla mübarizəni vətəndaşların şuurluluq səviyyəsinin öhdəsinə buraxıb. Orada qeyd edilir ki, insanları məcburi evdə saxlamaq onların hüquqlarını pozmaq olardı. Eyni zamanda yaşlı insanlara öz sağlamlıqları naminə evdən çıxmamaqları tövsiyyə olunur.

Ceyhun Osmanlı

Azərbaycan Yaşıllar Hərəkatının (Partiyası) təsisçisi, İqtisadiyyat üzrə fəlsəfə doktoru

OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...