Çinli həkim etiraf etdi: “Koronavirus laboratoriyada hazırlanıb”- BU DA SÜBUT!

Çinli həkim etiraf etdi: “Koronavirus laboratoriyada hazırlanıb”- BU DA SÜBUT!

Bütün dünyanı ağuşuna alan Covid-19 pandemityası ilə bağlı vaçib açıqlama verilib.


Alimlər virusdan müalicə yollarını tapmaq üçün peyvənd və dərmanlar üzərində işlərini davam etdirməklə yanaşı, virusun mənbəyini və insandan-insana necə keçdiyini də araşdırırlar.

 

Əldə edilən məlumatlara görə, dünya üzrə yoluxma və ölüm sayı qorxu yaratmağa davam edir.


Amerikaya qaçmaq məcburiyyətində qalan çinli virusoloq Lİ-Meng Yan, Pekin hökumətinin koronavirusla bağlı həqiqətləri gizlətdiyini, əslində sözügedən virusun insan tərəfindən hazırlandığını bildirib.

 

Amerikanın "FOX NEWS” telekanalına müsahibə verən çinli alim bildirib ki, koronavirus epidemiyası yayılmağa başladığı vaxtlarda Honq Konq Dövlət Universitetində çalışırdı. O, xəstəliklə bağlı araşdırma apardığını, ammarəhbərlərinin onun tapdığı önəmli məlumatları görməzdən gələrək, gizlətməyə çalışdıqlarını iddia edib.

 

Epidemiya araşdırma briqadasında yer alan və xəstəliyin yayıldığı ilk günlərdə Uhana gedən qrupun tərkibində olan doktor Yan virusun insandan insana keçdiyi barədə məlumatı ilk əldə edənlərdəndir.

 

Lakin tədiqqatçı alim bu çox önəmli məlumatı Çin Kommunist Partiyası səlahiyyətliləri və öz müdirlərinin gizlətməyə çalışdığını açıqlayıb. O, yaşadıqlarından sonra Honq Konqu tərk etmək məcburiyyətində qaldığını deyib:

 

"Çinin mənim kimi insanlara nə edəcəyini yaxşı bildiyim üçün ABŞ-a qaçdım. Hazırda dünyada 6 milyard insan olduğunu nəzərə alsaq, virus hər 600 nəfərdən birinə yoluxur. Amma yoluxma sürəti də böyükdür. Yaxın zamanda bu nisbətin hər 100 nəfərdən birinə yüksələcəyini görəcəyik. Çinin ölü sayını bu günə qədər necə gizlədə bildiyini düşünün.

 

Hazırda heç bir peyvənd tapmamışıq və bu yaxında da tapılacağını düşünmürəm. Edə biləcəyimiz yeganə şey, diqqətli olub özümüzü, sevdiklərimizi və ətrafımızdakıları virusdan qorumaqdır. Peyvənddən möcüzə gözləməkdənsə, virusun mənbəyini və necə meydana çıxdığını araşdırıb tapmalıyıq. Məhz bunu dünyaya çatdıra bilmək üçün ölkəmdən qaçmışam".


Qeyd edək ki, Yanın bu iddialarına çalışdığı universitetdən cavab gəlib. Universitet heç bir məlumatın ört-basdır edilmədiyini və səsləndirilən iddiaların əsassız olduğunu bildirib.


Doktor Yan hazırda ABŞ-da heç kəsin bilmədiyi bir yerdə gizlənməyə davam edir.

 

Selcan

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da i...

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...