Çinli gənc koronavirusu Uhana qaytardı – ÇİN TƏLAŞDA

Çinli gənc koronavirusu Uhana qaytardı – ÇİN TƏLAŞDA

Coronavirus SARS-CoV-2 Çinin Uxan şəhərinə - xəstəliyin ilk yayıldığı yerə qayıdıb. Bu barədə İngilis tabloid Daily Mail xəbər verir.

 

 

Sfera.az xəbər verir ki, bu barədə "Rambler” məlumat yayıb.

 

 

Bu günlərdə 16 yaşlı bir Çinli tələbə koronavirusuUxana qaytarıb. Həmin gəncİngiltərənin Nyukasl şəhərində təhsil alır. Martın 21-də Birləşmiş Krallıqdan əvvəlcə Dubaya, oradan da Pekinə uçub. Pekində müayinə olunub.

 

 

Ertəsigün ona qatarla Uxana getmək və özünü təcrid etmək tapşırılıb. Martın 28-də yoxlamanın nəticələri gəlib. Məlum olub ki, tələbə koronavirus infeksiyası ilə xəstədir. Elə həmin gün gənc xəstəxanaya çatdırılıb.

 

 

Bildirək ki, SARS-CoV-2 COVID-19 infeksiyasına səbəb olur. Xəstəlik ilkolaraq dekabr ayında Çinin Uxan şəhərində yayılmağa başladı. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya xəstəliyini elan edib. Bu vaxt artıq dünyada xəstəliyə yoluxanların sayı 874 min nəfəri keçmişdivə xəstəliyin mərkəzi ABŞ və Qərbi Avropa idi.

 


OXŞAR XƏBƏRLƏR