Çinin “Sinovac” peyvəndinin ÜSTÜNLÜKLƏRİ

Çinin “Sinovac” peyvəndinin ÜSTÜNLÜKLƏRİ

COVİD-19-a qarşı Çində hazırlanmış "Sinovac” vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.

 

 

Sfera.az bu peyvənd barədə bilinməsi vacib olan məlumatları təqdim edir:


 

Peyvəndin effektivliyi:


 

Çin "Sinovac”ın iyul ayından yüksək risk qrupları üçün istifadə olunduğunu təsdiq etdi. Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei bildirib ki, artıq 1 milyondan çox insan peyvənd olunub və onlarda ciddi mənfi təsir qeydə alınmayıb.


 

The New York Times yazır ki,İndoneziyaTürkiyə indiyədək "Sinovac” vaksininin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub - müvafiq olaraq 97 və 91.25 faiz.

 

 

"Sinovac”ın əsas üstünlükləri:


 

Sürətli immun cavab reaksiyası;

 

 

Öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə organizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil);


 

Daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxması;


 

Soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır (Pfizer -70 dərəcədə saxlanılmalıdır);


 

Çin peyvəndi sifariş edən ölkələr:


 

Çinin verdiyi məlumata görə, Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi ölkləri də daxil olmaqla, 100-dən çox ölkə "Sinovac” vaksinini sifariş edib. İstehsalçı "Sinopharm” şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub.

 

 

Diqqəti cəlb edən məqam odur ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.



OXŞAR XƏBƏRLƏR