Çinin şəhərlərində sürücüsüz avtobuslar istifadəyə verildi - VİDEO

Çinin şəhərlərində sürücüsüz avtobuslar istifadəyə verildi - VİDEO
Çinin texnologiya nəhəngi "Baidu” şirkəti tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom texnologiya ilə təchiz edilmiş 3 sərnişin avtobusu ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində sınaq fəaliyyətinə başlayıb.

Bu barədə Sfera.az  "Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən "Robobus” avtobuslarının uzunluğu 5,9 metrdir. Dayanacaqlarda özü dayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Şirkətin Çonqinq şəhərində yerləşən avtonom idarəetmə bölməsi üzrə təhlükəsizlik şöbəsinin rəhbəri Zanq Şanqui hazırda Çonqinqlə yanaşı, Quançjou, Cançjou və digər şəhərlərdə də sürücüsüz avtobusların işlədiyini deyib.

"Çonqinq kommersiya əməliyyatları həyata keçirilən ilk şəhərlərdən biridir. Avtobuslardan istifadə etmək istəyənlər ödənişlərini smart kartlarından və ya "Baidu” tərəfindən hazırlanmış gediş kartlarlardan istifadə edərək ictimai nəqliyyat vasitələrinə minə bilərlər”, - şirkət rəsmisi qeyd edib.
 

-->

OXŞAR XƏBƏRLƏR

Qırğızıstan vətəndaşı: “Qazaxıstandakı nümayişlərdə iştirak etmək üçün bizə pul verildi” - VİDEO

Qazaxıstandakı nümayişlərdə iştirak etmək üçün qonşu ölkələrin sakinlərinə pul verilibmiş. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, belə bir iddia ilə...

Qazaxıstanda atışmalar davam edir - VİDEO

Qazaxıstanın Almatı şəhərində atəş səsləri gəlir. Bu barədə sosial şəbəkələrdə videolar paylaşılır. Bildirilir ki, hazırda şəhərdə iğtişaşçılara qar...

Qazaxıstan prezidentinin çıxışı nəyə səbəb oldu? - VİDEO

Sosial şəbəkələrdə Rusiya Prezidenti Vladimir Putin ilə Qazax həmkarı arasında 2 il öncə yaşanan maraqlı dialoqla bağlı video görüntülər paylaşılıb. Sfera...

Qazaxıstanın bu şəhərində polis etirazçıların tərəfinə keçdi - VİDEO

Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı keçirilən etiraz aksiyaları səngimir. Sfera.az  Qazaxıstanın yerli teleqram kanallarına istinadən xəbər...

Paşinyanın şıdırğı rəqsi erməniləri qəzəbləndirdi: Lağ obyekti oldu - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində lağ və sərt tənqid hədəfinə çevrilib. Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, N.Pa...

Quterreş dünya əhalisinə müraciət etdi - VİDEO

BMT Baş katibi Antonio Quterreş Yeni il münasibətilə dünya əhalisinə müraciət edib. Sfera.az  xəbər verir ki, müraciətdə deyilir: "Dünya 2022-c...