Çinin kosmik gəmisi Türkiyəyə düşəcək? - Mütəxəssislər hara çırpılacağını hesabladı - FOTO

Çinin kosmik gəmisi Türkiyəyə düşəcək? - Mütəxəssislər hara çırpılacağını hesabladı - FOTO
Xəbər verdiyimiz kimi Çinin birinci kosmik stansiyası "Tyanqun-1"in 30 mart ilə 2 aprel arasındakı tarixlərdə Dünyaya düşməsi gözlənilir. 
 
Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, mütəxəssislərin fikrincə, kosmik stansiya 43 dərəcə şimal və cənub enliyindəki əraziyə çırpılacaq. Qonşu ölkə Türkiyə də həmin enlikdə yerləşir. 

8.5 tonluq kosmik gəminin böyük hissəsinin atmosferə daxil olduqdan sonra yanacağı bildirilir. Ancaq az da olsa, təhlükəli vəziyyətin yaranması ehtimalı var. Buna baxmayaraq, mütəxəssislər bu kosmik gəmi səbəbilə Yer planeti sakinlərinin xəsarət alması ehtimalının çox az olduğunu açıqlayıblar. 
"Tyanqun-1" stansiyası 29 sentyabr 2011-ci ildə buraxılıb. 2016-cı ilin martında stansiya öz fəaliyyətini dayandırıb. Çinli səlahiyyətlilərin stansiya ilə əlaqənin qırıldığını və idarəetməni itirdiklərini açıqlaması dünyada təşvişə səbəb olmuş və alimlər onun hara düşəcəyini təxmin etməkdə çətinlik çəkmişdilər. 

Lalə Nəsirova
 



OXŞAR XƏBƏRLƏR