Çingiz Qənizadənin oğluna yeni vəzifə verildi
16:00 / 10.07.2020
1553
Bakının Nərimanov rayon prokurorluğuna yeni təyinat olub.
Sfera.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Elgiz Qənizadə Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.
Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, E.Qənizadə eks-deputat Çingiz Qənizadənin oğludur. O, daha əvvəl Binəqədi rayon prokurorunun müavini vəzifəsində işləyib.