Çingiz Qənizadə seçiciləri ilə görüşüb - FOTOLAR

Çingiz Qənizadə seçiciləri ilə görüşüb - FOTOLAR

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə İimişli rayonunun Oruclu və Ağammədli kəndlərində yaşayan seçiciləri ilə  görüşlər keçirib.

 

Sfera.az xəbər verir ki, deputatlığa namizəd  seçicilərlə görüş zamanı  son vaxtlar ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın son illərdəki gördüyü işlərdən danışmış və seçicilərinə ətraflı məlumat verib. Həmçinin, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət Proqramı, eləcə də, özü və fəaliyyəti haqqında danışıb. Eyni zamanda, kənd camaatı bəzi məsələlərlə bağlı fikirlərini də dilə gətiriblər.

 

Əsas məsələ hektarlarla torpaq sahələrinin bəzi adamlara icarəyə verilməsi ilə bağlıdır. Sakinlər kənddə insanların sayının artdığını və gənc ailələrin torpaq payı olmadığından  məhsul əkib becərə bilmədiklərini deyiblər. O da qeyd olunub ki,  ayrı-ayrı şəxslərə həm Dövlət Fondundan, həm də bələdiyyələrdən müqavilələrlə 100, 200 hektarlarla torpaqlar verilib.  

 

Vətəndaşlar xahişlərinin ən yüksək aidiyyatı dairələrə çatdırılması, müqavilələrə yenidən baxılması, həmin torpaqlardan müqavilə əsasında heç olmasa 20-30 hektar kənd camaatına verilməsi barədə Çingiz Qənizadədən xahiş ediblər.

 

Deputatlığa namizəd növbəti dəfə də deputat seçiləcəyi təqdirdə məlum məsələlərin həllində yardımçı olmağa çalışacağını istisna etməyib.

 

Sonda seçicilər fevralın 9-da seçimlərinin Çingiz Qənizadə olacağını xüsusi qeyd ediblər.







OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...