Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın tezliyi satışa çıxarıldı

Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın tezliyi satışa çıxarıldı

"Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın 102 FM tezliyi satışa çıxarılıb”.

Sfera.az xəbər verir ki, bu barədə fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev məlumat verib. 

Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-dən dekabrın 12-dək keçiriləcək. 102,0 MHz də bağlanan ANS ÇM radiosunun tezliyi olub.

"Axı Azərbaycan Radio yayım diapazonunda hələ 30-40 boş tezlik var, niyə məhz Çingizin 102 FM-inə tender elan edilməli idi?! Çingiz Mustafayevin 60 illik yubileyi ərəfəsində, MTRŞ tərəfindən həyata keçirilən bu əməliyyatın məqsədlərini bilmirik. Amma biz də, Milli Qəhrəmanın adını daşıyan əfsanəvi radio tezliyi qorumaq üçün, çətinliklə də olsa, bəhanələrə baxmayaraq, bu tenderə qatıldıq. Artıq məlumdur ki, bizdən başqa tenderə 2 media qurum da müraciət edib”, - deyə V. Mustafayev bildirib. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...