İngiltərənin karikaturaları ilə məşhur \"Punch\" jurnalı İranı pişiyə bənzədib
10:39 / 24.09.2021
1485
İran
İslam Respublikasının ali dini rəhbərinin Ərdəbil ostanındakı nümayəndəsi Həsən
Amilinin Azərbaycana xitabən işlətdiyi məlum "Şirin quyruğu ilə oynamayın”
sözləri Azərbaycan ictimaiyyətində geniş müzakirə obyektinə çevrilib. Amilinin
İranı şirə bənzətməsi ironik reaksiyalara səbəb olub.
Maraqlıdır,
bu gün aslan deyəndə Britaniya, qartal deyəndə Amerika, ayı deyəndə Rusiya, Boz
qurd deyəndə Türkiyə yada düşdüyü halda, İran deyəndə digər dövlətlərin ağlına
nə gəlir?
Bu
suala cavab tapmaq üçün ötən əsrə kiçik bir səyahət etmək lazımdır. 20-ci əsr
bir çox cəhətdən siyasi və diplomatiya tarixi üçün unudulmaz hadisələrlə yadda
qalıb. Diqqət etsək, dünya tarixinin ən əhəmiyyətli hadisələri məhz bu əsrdə
baş verib. Ümumiyyətlə bu gün dünyada supergüc regional güc statusuna malik ölkələrin
bu statusa çatması məhz 20-ci əsr ərzində əldə etdikləri geosiyasi, diplomatik və hərbi uğurlarının nəticəsidir.
Düşünürəm,
bu suala ən doğru və qərəzsiz cavabı İngiltərənin karikaturaları ilə məşhur
"Punch” jurnalının ötən əsrdə İrana həsr etdiyi 3 buraxılışında cavab tapmaq
olar:
1.
Zərərsiz və lazımlı pişik.
2
oktyabr 1907-ci il "Punch" jurnalı bu gün özünü Aslan adlandıran
İranın beynəlxalq siyasi vəziyyətini əks etdirən maraqlı bir karikatura
yayımlayıb. Belə ki, karikaturada i̇ngilis aslanı (rus ayısına)
-
"Bura bax! Sən onun başı ilə oynaya bilərsən, mən də quyruğu ilə oynaya
bilərəm, ikimiz də kürəyinin kiçik hissəsini vura bilərik".
Fars
pişiyi:
-
"Bu barədə məsləhətləşdiyimi xatırlamıram!" yazısı dərc olunub.
2.
Dostlar arasında olduğu kimi.
"Punch"
satirik jurnalı 13 dekabr 1911-ci ildə "Dostlar arasında olduğu kimi"
başlıqlı növbəti karikatura yayımlanıb. Jurnalın bu dəfəki buraxılışının da baş
qəhramanı İrandır.
Karikaturada
Britaniya aslanının baxışları altında İran pişiyinin üzərinə oturmuş Rusiya
ayısı təsvir edilib.
Karikaturada
Britaniya aslanı, rus ayısına deyir:
-
Əgər biz bir-birimizi başa düşməsək, kiçik oyuncağımızla (kuklamızla) orada nə
etdiyini soruşmaq məcburiyyətindəyəm.
3.
Tək qalmaq istəyən pişik
"Punch"
jurnalının 1945-ci il dekabr sayında "Tək qalmaq istəyən pişik"
başlıqlı yeni karikaturası nəşr olunur. Karikaturanın başlığından da görünür
ki, İngilis aslanının, Amerika qartalının və rus ayısının İran pişiyinin üstündə
dayanan kölgələri görsənir.
Burada
isə söhbət adıkeçən 3 ölkənin İran Şahı Rza şah Pəhləvini devirib yerinə oğlu Məhəmmədrza
şah Pəhləvini gətirməsi və ona diktəsi bariz şəkildə görsənir.
İran
İslam Respublikasının ali dini rəhbərinin Ərdəbil ostanındakı nümayəndəsi Həsən
Amili Azərbaycanı "şirin quyruğu ilə oynamayaq” sözləri ilə təhdid etməkdənsə
yaxşı olardı ölkəsinin yaxın tarixinə nəzər salsın. O zaman anlayacaq ki, nə
ölkəsi şir deyil, nə də Azərbaycan balaca pişiyin quyruğu ilə oynayacaq səviyyədə
ölkə deyil. "Punch" jurnalı buna sübutdur.