İngiltərənin karikaturaları ilə məşhur \"Punch\" jurnalı İranı pişiyə bənzədib

İngiltərənin karikaturaları ilə məşhur \
İran İslam Respublikasının ali dini rəhbərinin Ərdəbil ostanındakı nümayəndəsi Həsən Amilinin Azərbaycana xitabən işlətdiyi məlum "Şirin quyruğu ilə oynamayın” sözləri Azərbaycan ictimaiyyətində geniş müzakirə obyektinə çevrilib. Amilinin İranı şirə bənzətməsi ironik reaksiyalara səbəb olub.

Maraqlıdır, bu gün aslan deyəndə Britaniya, qartal deyəndə Amerika, ayı deyəndə Rusiya, Boz qurd deyəndə Türkiyə yada düşdüyü halda, İran deyəndə digər dövlətlərin ağlına nə gəlir?
 
Bu suala cavab tapmaq üçün ötən əsrə kiçik bir səyahət etmək lazımdır. 20-ci əsr bir çox cəhətdən siyasi və diplomatiya tarixi üçün unudulmaz hadisələrlə yadda qalıb. Diqqət etsək, dünya tarixinin ən əhəmiyyətli hadisələri məhz bu əsrdə baş verib. Ümumiyyətlə bu gün dünyada supergüc regional güc statusuna malik ölkələrin bu statusa çatması məhz 20-ci əsr ərzində əldə etdikləri  geosiyasi, diplomatik və hərbi uğurlarının nəticəsidir.
 
Bəs, özünü hələ də Şir adlandıran cənub qonşumuz İran ötən əsrlərdə hansı ”uğurlara” imza atıb ki, bu gün özünü aslana bənzədir?
 
Düşünürəm, bu suala ən doğru və qərəzsiz cavabı İngiltərənin karikaturaları ilə məşhur "Punch” jurnalının ötən əsrdə İrana həsr etdiyi 3 buraxılışında cavab tapmaq olar:


1. Zərərsiz və lazımlı pişik.
 
2 oktyabr 1907-ci il "Punch" jurnalı bu gün özünü Aslan adlandıran İranın beynəlxalq siyasi vəziyyətini əks etdirən maraqlı bir karikatura yayımlayıb. Belə ki, karikaturada i̇ngilis aslanı (rus ayısına)

- "Bura bax! Sən onun başı ilə oynaya bilərsən, mən də quyruğu ilə oynaya bilərəm, ikimiz də kürəyinin kiçik hissəsini vura bilərik".

Fars pişiyi:
 
- "Bu barədə məsləhətləşdiyimi xatırlamıram!" yazısı dərc olunub.
 
Karikaturada İngilis Aslanının rus ayısına "Sən onun başı ilə oynaya bilərsən, mən də quyruğu ilə oynaya bilərəm” cümləsi əslində 20-ci əsrin əvvələrində Qacarlar sulaləsi hakimiyyətindəki İranın düşdüyü vəziyyətdir. Burada baş İran şahı və quyruq isə İranın təbii sərvətləridir. Məsələ ondadır ki, pişiyin başı, yəni dövrün İran Şahı Əhməd şah Qacar 11 yaşında taxta çıxan zəif iradəli bir şəxs idi. Rusiya bu dövrdə şaha təsir edə onu istədiyi kimi idarə edə bilirdi. İngiltərə isə pişiyin quyruğu, yəni İranın təbii sərvətlərini istədiyi kimi istismar edirdi.
 
2. Dostlar arasında olduğu kimi.

 
"Punch" satirik jurnalı 13 dekabr 1911-ci ildə "Dostlar arasında olduğu kimi" başlıqlı növbəti karikatura yayımlanıb. Jurnalın bu dəfəki buraxılışının da baş qəhramanı İrandır.
 
Karikaturada Britaniya aslanının baxışları altında İran pişiyinin üzərinə oturmuş Rusiya ayısı təsvir edilib.
 
Karikaturada Britaniya aslanı, rus ayısına deyir:  
 
- Əgər biz bir-birimizi başa düşməsək, kiçik oyuncağımızla (kuklamızla) orada nə etdiyini soruşmaq məcburiyyətindəyəm.
 
Bu karikaturada da dövrün İranını mükəmməl şəkildə təsvir edir. Məsələ ondadır ki, karikaturada Britaniya Rusiyanın nüfuz mübarizəsindən bəhs edilir. Həmin dövrdə İranın böyük ölçüdə Rusiya təsirinə düşməsi və ingilis şirkətlərini ölkədən çıxarmaq istəməsi bariz şəkildə görsənir. Britaniya aslanı faktiki olaraq rus ayısını hədələyir ki, İran pişiyi sənin altında olduğunu anlamır mən ona bunu başa sala bilərəm. Bu karikaturadan göründüyü kimi, İran həmin dövrdə elə bir vəziyyətdədir ki, nə düşdüyü vəziyyəti dərk edir, nə də ona ağalıq edənləri.
 
3. Tək qalmaq istəyən pişik


"Punch" jurnalının 1945-ci il dekabr sayında "Tək qalmaq istəyən pişik" başlıqlı yeni karikaturası nəşr olunur. Karikaturanın başlığından da görünür ki, İngilis aslanının, Amerika qartalının və rus ayısının İran pişiyinin üstündə dayanan kölgələri görsənir.
 
Burada isə söhbət adıkeçən 3 ölkənin İran Şahı Rza şah Pəhləvini devirib yerinə oğlu Məhəmmədrza şah Pəhləvini gətirməsi və ona diktəsi bariz şəkildə görsənir.

İran İslam Respublikasının ali dini rəhbərinin Ərdəbil ostanındakı nümayəndəsi Həsən Amili Azərbaycanı "şirin quyruğu ilə oynamayaq” sözləri ilə təhdid etməkdənsə yaxşı olardı ölkəsinin yaxın tarixinə nəzər salsın. O zaman anlayacaq ki, nə ölkəsi şir deyil, nə də Azərbaycan balaca pişiyin quyruğu ilə oynayacaq səviyyədə ölkə deyil. "Punch" jurnalı buna sübutdur.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...