İngiltərə və Almaniyadan darmadağın, İspaniya xal itkisi ilə başladı

İngiltərə və Almaniyadan darmadağın, İspaniya xal itkisi ilə başladı

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ilk turun növbəti matçları keçirilib.

Sfera.az xəbər verir ki, ikinci oyun günündə 13 qarşılaşma baş tutub.

B qrupunda İspaniya millisi Yunanıstanı qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. İsveç yığması isə Gürcüstanı qəbul edib və minimal hesabla qalib gəlib.

İtaliya da seçmə mərhələyə doğma meydanda start verib. C qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiya ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib. Qrupun digər oyununda İsveçrə səfərdə Bolqarıstandan güclü olduğunu isbatlayıb.

I qrupunda İngiltərə millisi San-Marino ilə münasibətlərinə aydınlıq gətirib. İngilislər 5 cavavsız qola seviniblər. Altı qolun qeydə alındığı Macarıstan - Polşa matçında qalib müəyyənləşməyibsə, Albaniya yığması səfərdə Andorranı minimal hesabla üstələyib.

J qrupunda mübarizə aparan Almaniya yığması da İslandiyanı böyük hesabla məğlub edib.

DÇ-2022-nin seçmə mərhələsi
25 mart

B qrupu

İspaniya - Yunanıstan 1:1
Qol: Morata, 33 - Bakasetas, 57-pen.

İsveç - Gürcüstan 1:0
Qol: Klaesson, 35.

C qrupu

Bolqarıstan - İsveçrə 1:3
Qol: Despodov, 46 - Embolo, 7. Seferoviç, 10. Zuber, 12.

İtaliya - Şimali İrlandiya 2:0
Qol: Berardi, 14. İmmobile, 39.

F qrupu

İsrail - Danimarka 0:2
Qol: Breytveyt, 13. Vind, 67.

Şotlandiya - Avstriya 2:2
Qol: Heynli, 71. Makqinn, 85 - Kaladziç, 55; 80.

Moldova - Farer adaları 1:1
Qol: Nikolaesku, 9 - Olsen, 83.

I qrupu

İngiltərə - San-Marino 5:0
Qol: Uord-Prouz, 14. Kalvert-Levin, 21; 53. Sterlinq, 31. Uotkins, 83.

Macarıstan - Polşa 3:3
Qol: R.Sallai, 6. A.Salai, 53. Orban, 78 - Pyontek, 60. Jozyak, 61. Levandovski, 83.

Andorra - Albaniya 0:1
Qol: Lenyani, 41.

J qrupu

Almaniya - İslandiya 3:0
Qol: Qoretska, 3. Haverts, 7. İ.Gündoğan, 56.

Rumıniya - Şimali Makedoniya 3:2
Qol: Tanaşe, 28. Mihaila, 50. Haci, 86 - Ademi, 82. Traykovski, 83.

   

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...