İngiltərə Premyer Liqasında yeni mövsümün püşkü atıldı - FOTO
13:10 / 16.06.2021
1722
Futbol üzrə İngiltərə Premyer Liqasında yeni 2021/2022 mövsümünün püşkü atılıb.
Sfera.az bildirir ki, yarışa avqustun 14-də start veriləcək. İlk turda son çempion "Mançester Siti" "Tottenhem"in, "Arsenal" debütant "Brentford"un, "Liverpul" isə elitaya yenidən qayıdan "Norviç"in qonağı olacaq.
"Mançester Yunayted" "Lids"i, "Çelsi" isə "Kristal Pelas”ı qəbul edəcək.
Sonuncu - XXXVIII turun görüşləri 2022-ci il mayın 22-də olacaq.