İngiltərə kubokunun oyunu koronavirus səbəbindən ləğv olundu

İngiltərə kubokunun oyunu koronavirus səbəbindən ləğv olundu
 İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan "Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayacaq.

Sfera.az xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koroinavirusa kütləvi yoluxma halı səbəb olub.

İddiaya görə, aşağı liqa təmsilçisinin 10-dan çox oyunçusunda infeksiya aşkarlandığı üçün görüş ləğv olunub. 

Premyer Liqadakı sıx qrafik səbəbindən matçın başqa tarixə keçirilməsi mümkün olmadığından "Leyton Oriyent"ə texniki məğlubiyyət veriləcəyi, "Tottenhem"in isə növbəti mərhələyə adlayacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.
 
(report)

OXŞAR XƏBƏRLƏR